Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” günorta şousunda rol aldığı “Hozu” və “Hozu 2” filmləri ilə bağlı xatirələrini dilə gətirib.
E.Seyidcahan bildirib ki, ekran işinin ikinci hissəsində iştirak etmək istəməyib. Amma “Hozu”nun ilk hissəsində başına meyvə ilə canlandırdığı obrazı yaddaşlarda həkk olunub.
“Mən doğrudan da ikinci seriyada çəkilmək istəmirdim. Amma gördüm ki, hara gedirəm, uşaqlar məni görüb deyirlər ki, Elza xanım siz “müğənniçi”siz. Mən sizi tanıyıram, bilirsiniz, haradan tanıyıram? Başınızda meyvə var, oradan tanıyıram. Bu uşaq mahnımı hələ bilmir, amma məni meyvədən tanıyır”.
Qeyd edək ki, E.Seyidcahan sözügedən filmin ilk bölümündə başına meyvə qoysa da, ikinci hissəsində o başına pomidor qoyması ilə təəccübləndirib.
Rəşad Əliyev, Bizim.Media