Nəzakət Teymurova: “Dədə” Süleymanın ölüm xəbərini eşidəndə segah oxudum” - FOTO

Nəzakət Teymurova: “Dədə” Süleymanın ölüm xəbərini eşidəndə segah oxudum” - FOTO

Hazırda oxunan: Nəzakət Teymurova: “Dədə” Süleymanın ölüm xəbərini eşidəndə segah oxudum” - FOTO

100988

Xalq artisti Nəzakət Teymurova “Dədə” ləqəbi ilə məşhurlaşan xanəndə, Əməkdar artist Süleyman Abdullayevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında mərhum həmkarı ilə birlikdə çəkilən fotolarını paylaşıb.

N.Teymurova “Dədə” Süleymanla bağlı fikirlərini bu cür ifadə edib.

“Muğam dünyamızın bir yarpağı da töküldü... Dədə Süleymanı da itirdik. Dədə, özümdə güc tapa bilmədim, səni xəstə yatağında ziyarət edim. Sən bizim gözümüzdə qaməti əyilməz Dədə idin. Zalım xəstəlik səni də yatağa saldı. Ağır itkidir sənət üçün. Hər bir xanəndə dünyaya muğamla göz açır, muğamla da köçür. Ölüm xəbərini eşidəndə ruhuna fatihə, sonra isə segah oxudum. Allah rəhmət etsin sənə, Dədə Süleyman!”.

Qeyd edək ki, S.Abdullayev oktyabrın 23-də vəfat edib. Ölümündən bir neçə həftə əvvə S.Abdullayevin qızı Aygün atasının səhhətinin ağır olduğunu, şəkər xəstəliyindən və "qanqren"dən əziyyət çəkdiyini, eyni zamanda ürəyinin 30%-nin fəaliyyət göstərdiyini, ciyərlərinə isə su yığıldığını açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO