Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Soçiyə yollanıb.
Bizim.Media xəbər verir ki, blogerin səfərinin məqsədi 51 gözəl qızın içində “Krasa Rossii”ni seçməsidir.
Münsif heyətinin üzvlərindən biri olan Hüseyn bildirib ki, yarımfinalda 51 qızın içindən “Top-20” finala vəsiqə qazanacaq. Bu gün baş tutacaq finalda isə “Top-20” gözəlin içindən bir xanım model “Krasa Rossii” tituluna layiq görüləcək.
Qızların gözəlliyindən ağlını itirdiyini söyləyən Həsənov dırnaqlarına fransız manikürü edən modellərə əlavə xal verməklə onların “Top-20”yə düşməsini asanlaşdırıb.
Müsabiqə zamanı bir neçə model blogeri hədiyyə yağışına tutub. Daha sonra Həsənov onlarla xatirə fotosu çəkdirib.
Rəşad Əliyev, Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2022/10/25/1666675430_photo_2022-10-25_09-20-12-2.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/10/25/1666675473_photo_2022-10-25_09-20-12-3.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/10/25/1666675432_photo_2022-10-25_09-20-12-4.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/10/25/1666675489_photo_2022-10-25_09-20-12-5.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/10/25/1666675498_photo_2022-10-25_09-20-12.jpg)