Ənvər Həsənovun qızı: “Nazirlik atam kimi sənətkara hörmətsizlik edir” - ÖZƏL

Ənvər Həsənovun qızı: “Nazirlik atam kimi sənətkara hörmətsizlik edir” - ÖZƏL

Hazırda oxunan: Ənvər Həsənovun qızı: “Nazirlik atam kimi sənətkara hörmətsizlik edir” - ÖZƏL

100912

“Atam artıq kritik vəziyyətdən çıxıb. Ötən aylara nisbətən sağlıq durumu qənaətbəxşdir. Yavaş-yavaş özünə gəlib. Amma bunlara rəğmən atamın davamlı baş ağrıları olur, təzyiqi qalxır-düşür, beyninə oksigen getmir, eyni zamanda şəkər xəstəliyi də onu haldan salır. O, həmçinin nevroloji problemlərdən əziyyət çəkir”. 

Bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb. 

Sənətkarın qızı atasının bütün xəstəliklərlə yanaşı yaddaş pozuntusundan əziyyət çəkdiyini  açıqlayıb. 

“Atamın yaddaşında problemlər yaranıb. Bir də görürsən nəsə soruşur, daha sonra soruşduğunu unudur, bir daha soruşur. Baş ağrıları tez-tez olduğundan hələ də ağrıkəsici həblər içir, bununla yanaşı nevroloji dərmanlarını da qəbul edir. Əsas odur ki, indi atam özü-özünü idarə edəcək vəziyyətdədir. Amma biz onu bir dəqiqə də olsun gözdən qoymuruq. Evdə gəzir, dolaşır. Lakin küçəyə çıxmır”. 

Aytən Həsənova yenə də Mədəniyyət Nazirliyindən və digər adiyyatı qurumlardan gileylənib. O bildirib ki, sözügedən qurumlardan heç kim onun atasının səhhəti ilə maraqlanmır. 

“Atam hamıdan küsüb. Onunla artıq heç kim maraqlanmır. Adiyyatı qurumlar, xüsusi ilə Mədəniyyə Nazirliyindən heç kim atamın səhhəti ilə maraqlanmır. O gözləyirdi ki, nazirlikdən kimsə gəlib onu ziyarət edəcək. Nə qədər banal səslənsə də onların gəlib “Necəsən, neynirsən?” deməsi belə atama müsbət təsir edərdi. Amma atam kimi sənətkara, Xalq artistinə onlar bu cür laqeyd və yad davranışları ilə hörmətsizlik edir. Ən əsası isə atamın pensiya məsələsi hələ də öz həllini tapmayıb. Belə görürəm ki, heç kimə artıq nə atam, nə də ki onun səhhəti maraqlı deyil”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO