Faiqin adını eşidən Brilliant ƏSƏBLƏŞDİ:

Faiqin adını eşidən Brilliant ƏSƏBLƏŞDİ: "O, çıxdığı verilişlərə heç vaxt çıxmıram" - VİDEO

Hazırda oxunan: Faiqin adını eşidən Brilliant ƏSƏBLƏŞDİ: "O, çıxdığı verilişlərə heç vaxt çıxmıram" - VİDEO

100735

Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "YouTube"da yayımlanan "AStar" verilişində uzun illərdir düşmən kəsildiyi həmkarı Xalq artisti Faiq Ağayevdən söz açıb.

Bizim.Media xəbər verir ki, verilişin aparıcısı Ülvira Qarayevanın ad çəkmədən (Faiq Ağayev - red.) sənətçiyə onlar arasınsa bu qalmaqalın nə vaxtsa bitəcəyi sualı ilə B.Dadaşovaya səslənib.

Brilliant isə sualı eşidər-eşitməz belə reaksiya verib:

“Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO