Şəbnəm qızını ƏRƏ VERİR:

Şəbnəm qızını ƏRƏ VERİR: "Ailə qurduqdan sonra ABŞ-a köçməyi düşünür" - VİDEO

Hazırda oxunan: Şəbnəm qızını ƏRƏ VERİR: "Ailə qurduqdan sonra ABŞ-a köçməyi düşünür" - VİDEO

100275

“Qızım Günelə evlilik təklifi anidən oldu. Onlar bir-birini uzun zamandır sevirlər. Yaxında elçilik, nişan və toy olacaq. Bu iki-üç ay ərzində hamısı baş tutacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

19 yaşlı qızı Günelə evlilik təklifindən söz açan sənətçi, cütlüyün ailə qurduqdan sonra ABŞ-a köçəcəyini bildirib:

“Evlilik təklifi qızımın doğum günü məclisində oldu. Oğlan 19 yaşlı qızımın barmağına üzük taxdı. Bu isə artıq xeyirli iş olması deməkdir. Allah bütün subaylara nəsib etsin. Ailələrimiz artıq tanış olub, söhbət etmişik. Bu üzük həm də oğlanın ona doğum günü sürprizidir”.
Qeyd edək ki, Ş. Tovuzlunun qızı Günel ilk evliliyindəndir. Müğənninin iş adamı “Həci” ilə nikahından isə Əli adlı oğlu var.

Rəşad Əliyev, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO