Zülfiyyə Xanbabayeva: \

Zülfiyyə Xanbabayeva: \"Atam baltayla üstümə gəlib, qapını sındırırdı\" – VİDEO

Hazırda oxunan: Zülfiyyə Xanbabayeva: \"Atam baltayla üstümə gəlib, qapını sındırırdı\" – VİDEO

100094

Xalq artisti Zülfiyyə Xanbabayeva valideynlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, 55 yaşını “Söhbət var” axşam şousunda qeyd edən sənətçi valideynlərinin onun müğənni olmasına qarşı çıxdıqlarını açıqlayıb. 

“Məşqlər zamanı biz klubda idik. Atam isə əlində balta ilə gəlib qapını sındırırdı. Əslində atam çox sakit insan olub. Onu məni müğənnilik yolundan çəkindirməyə isə anam vadar edib.

Deyirdi ki, xəbərin yoxdur qızın məşqlərə gedir, müğənni olmaq istəyir. Atam da əlində balta gəlmişdi Vaqif Gərayzadənin üstünə”, - deyə Zülfiyyə bildirib. 

Onun bu açıqlamasına isə sözügedən proqramda qonaq olan Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə “Təsəvvür edin, zaman gələcək Zülfiyyə məşhur müğənni, “Xalq artisti” olacaq. Sonra sizə konsertlərə bilet verməyəcək” sözlərini dilə gətirib. 

Z.Xanbabayeva isə “Valideynlərim bir konsert olanda deyirdilər ki, bizə və ya dost, tanışımıza bilet tap ver. Mən də cavab olaraq söyləyirdim ki, gedin bileti özünüz alın. Məni müğənni olmağa qoymurdunuz” - bəstəkarın sözlərinə qarşılıq verib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO