Dövlət Yol Polisi rəisinin

Dövlət Yol Polisi rəisinin "qoçaqlığı"

Hazırda oxunan: Dövlət Yol Polisi rəisinin "qoçaqlığı"

96989
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin rəisi Nuşirəvan Səfərov “Azpolitika.info”x9d saytında gedən “Nuşirəvan və bayquşlarının sərgüzəştləri-DYP mafiyası məğlubedilməzdir”x9d adlı yazıya görə qeyzlənib və saytın rəhbəri E.Məhərrəmlini xüsusi ittiham qaydasınca məhkəməyə verib. Sən demə sayt N.Səfərovun rəhbərlik etdiyi sahədə qeyri-qanuni əməllərin, rüşvət faktlarının omasıni ictimaiyyətə açıqlmaqla “mələk”x9d timsallı yol polisinə qarşı  həqarətlərə yol verib və DYP şefi də bu açıqlamalara dözməyərək sayt rəhbərinə divan qurdurmaq fikrinə düşüb. Bu yerdə, iddia qaldıran şəxsə “oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı”x9d el məsəlini xatırlatmaq tam yerinə düşər.

Neqativlərin dilə gətirilməsinə nə qədər dözümsüzlük və nə böyük məhkəmə iddiası. Hələ səkkiz yüz əvvəl, qoca bir qarının çəkinmədən, atının cilovundan yapışıb məmləkətindəki haqsızlıqları, ədalətsizlikləri, zorbalıqları üzünə yağdırdığı sultan Səncər də öz təbəəsinə qarşı bu cür iddiada bulunmayıb. Əcəba, ölkə prezidentinin jurnalistlərin dostu elan edildiyi, cəmiyyətdəki neqativləri, qanusuzluqları, rüşvətxorluqları aşkarladıqlarına görə prezidentin onlara adlar verdiyi bir zamanda adi həqiqətləri dilə gətirdiyinə görə bir saytın məhkəməyə verilməsini necə başa düşmək olar.

Hörmətli rəis, mətbuat sizin üçün necə gəldi, kefinə necə düşdü, rəftar etmək istədiyiniz təbəə deyil, dördüncü hakimiyyətdir. Siz yolun, onlarsa əməkdaşlarınızın soyqunçuluq etdiyi yollar da daxil olmaqla bütün cəmiyyətin sadiq keşikçiləridir. Mətbuatın işi düzü düz, əyrini əyri yazmaqdır. Almasınlar, süründürməçilik etməsinlər, vətəndaşları incitməsinlər, onlar da yazmasın.

Necə fikirləşirsiniz, sizdə qanunsuzluqlar, süründürməçiliklər, vətəndaşla qaba rəftar, lap etirazına qalxdığınız rüşvət faktları yoxdurmu? Bunlar ki, adi gözlə görünəndir.

Əməkdaşlarınızı qınamağa dəyməz. Elə bir təlimat vermisiniz, elə bir aylıq plan doldurma tərtibləyibsizniz ki, onlar plan dolmayanda az qalır prezident aparatının qarşısında da risqə gedib rüşvət alsınlar.

İndi nə oldu ki, bir saytın rəhbərlik etdiyiniz sahədə rüşvət hallarının olmasını dilə gətirməsi sizin canınıza bu qədər üşütmə saldı. Bəlkə özünüzü yuxarılara göstərmək, sizin haqqınızda deyilənlərin yalan olduğunu isbatlamaq istəyirsiniz. Heç, Gürcüstana yolunuz düşübmü? Düşməyibsə xəbər çatar. Yol boyu kimsədən rüşvət alındığını eşitdinizmi? Şəxsən mənim eşitdiyim odur ki, polisə rüşvət təklif edənin özünü məhkəməyə verirlər. Həm də təkcə polisdən söhbət getmir. Qonşu gürcü ellərində vergi ödəyicilərinə hörmətlə yanaşılır. Gömrük keçidləri maneəsizdir. Vergi idarələrində iş adamlarının dərisini soymurlar.

Güman edək ki, bizdə də polis, vergi, gömrük əməkdaşlarının pula deyil, dövləti görəvinə sadiqliyinə qibtə ediləcək gün olacaq. Amma bu günə nə deyirsən ki, sizin və dövləti funksiyalarının yerinə yetirildiyi digər sahələrin süründürməçiliyi, rüşvətxorluğu ucbatından yaranan kütləvi narazılıqlar axırda dövləti “asan xidmətə”x9d əl atmağa məcbur etdi. A kişi almırıq dediyin nə, rüşvətxorluğa qarşı mübarizə komissiyasının qan-qan dediyi vaxtlarda neçə əməkdaşınızın rüşvə faktına görə işdən azad edilməsi nə?

Sayt yazır ki, əlimizdə faktlar var. Bu saytın bacarığı və düz də edirlər. Amma saytın yazdığını qoyaq qırağa. Amma gəl əyri oturaq, düz danışaq. Sizdə doğrudan rüşvət deyilən şey yoxdur ki, arxayın düşüb, on minlərlə ciddi oxucusu olan, ictimai həyatımızın yaxşı və pis tərəflərini obyektiv araşdıran bir saytı qalxıb məhkəməyə verdiniz? Belə qoçaq idinizsə, haqqınıza sahib durmağı, təşkilatınızın təəssübünü çəkməyi bacarırdınızsa, nədən, neçə illər sizə sədaqətlə xidmət edən əməkdaşınızı N.Sadıqqovun  ərköyün oğlunun həqarətlərindən qorumadınız? General xofunu mərhəmətdən, saytın yazdığını həqarətdən qəbul edib boşuna vaxt itirməyin, vaxt qızıldan qiymətlidir və qiyməti bəlli olan yollar sizi gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO