Bəri başdan bəyan edirəm ki, bu məsələdə, yəni Azərbaycan iqtidarının xaricdən eşşək alıb gətirməsini sərt tənqid edən müxalifətin yox, iqtidarın tərəfindəyəm. Elə bilirəm ki, siz də məni düzgün başa düşəcək, yoğun bağırsağı üçün iqtidara satılanlardan hesab etməyəcəksiniz. Birincisi, indiki hakimiyyətin bir fiti ilə təpəsi üstə durmağa, kəllə- mayallaq aşmağa hazır olan ziyalıcığazlardan, partiya sədrlərindən fərqli olaraq mənim deputat mandatı üçün, yağlı vəzifə üçün ağzımın suyu axmır, ürəyim getmir. İkincisinə qalanda, insafən, hakimiyyət bu siyasətində o qədər haqlı və uzaqgörəndir ki, onun eşşək siyasətini, yəni ölkədə eşşəklərin sayının daha da artırılması siyasətinin tayı bərabəri yoxdur. Ona görə də iqtidarımızı sevməyən, onu gözü götürməyən, gecə-gündüz onun ayağının altını eşən müxalifət qəzetlərinin hakimiyyətin 2008-ci ildə 180 min manata 34 baş safqanlı eşşəyin almasını, sonradan da bu siyasətini davam etdirməsini eşşək boyda şişirtməsini qərəzli hesab edirəm və istəsəm belə bu haqda yazmaya bilmərəm. Hakimiyyətin öz xoş gələcəyi, bağışlayın, xalqımızın xoş gələcəyi üçün bu uğurlu addımını alqışlamağımın səbəblərini izah edəcəm, siz də onlara yağlı bir “əhsən”x9d deyəcək, onların ağlına-kamalına heyran qalacaqsınız...
Əsas məsələyə keçməzdən əvvəl bir haşiyəyə çıxım ki, belə qeyri-etik, uca millətimizin ulu səviyyəsinə qətiyyən uyğun gəlməyən məsələdən yazdığıma görə məni qınayan olmasın. Bir də bu necə olur ki, rayonlarda, kəndlərdə, lap elə şəhərlərdə də bu tifil eşşəklərdən yararlananda, onları istismar edəndə, onları pis nümunə kini göstərəndə yaxşı olur, amma onların haqqında xoş danışanda pis? İkincisi də başqa ölkələrdə bizdən fərqli olaraq xalqların özləri tərəfindən seçilən hakimiyyət bütün mümkün yollardan istifadə edir ki, ölkəsində ulaqların sayı daha da çox olsun, millət də bundan fayda götürsün. Elə təkcə Çində 11 milyondan çox eşşək vardır ki, bu da ölkənin iqtisadi inkişafında geniş istifadə olunur. Sonrakı yerləri isə Pakistan, Efiopiya, Meksika tutur. Amma elə öz aramızda qalsın, mən bu rəqəmlərə o qədər də inanmıram, nədənsə, şübhə ilə yanaşıram. Sizi əmin edirəm ki, ANS telekanalının bizimlə məzələnməsi olmasın, bu hesabat dəqiq, qərəzsiz, vicdanlı aparılsaydı, ölkəmiz eşşəklərin sayına görə hökmən birincilər sırasında olardı. Nə olsun ki, bizdə uzunqulaqlarımızın sayı azdır, eşşəklərimiz ki, N qədərdir. Odur ki, ürəyinizdə məni qınasanız da, qınamasınız da bu fikrimdən dönən deyiləm: adambaşına düşən eşşəklərin sayına görə biz dünyada birinci olmasaq da, ikinci yer şübhəsiz bizimdir...
Sizi bilmirəm, şəxsən mən həm də o fikirdəyəm ki, bizim eşşəklər hələ də öz layiqli qiymətlərini almayıblar. Doğrudur, bundan illər qabaq onlara xüsusi diqqət ayrılmış, haqlarında alimlərimiz çox dəyərli müzakirələr aparmış, gecə-gündüz baş sındırmışlar. Akademiklərimiz, elmlər doktorlarımız çox qızğın, alovlu nitqlər söyləmiş, diskusiyalar aparmışlar ki, sən demə, ”x9deşşək”x9d sözündə bir “ş”x9d artıqdır və onu ixtisar etmək lazımdır. Az qala dünya elmində inqilab edəcəkmişlər və ümumi razılığa gələn məqamda, tərs kimi, yenidən hər şey alt-üst olmuş, alimlərin bütün zəhməti hədər getmişdir. Sayılıb seçilən tənqidçi, peşəsinə görə hər şeyə mız qoymağa borclu olan rəhmətlik Qulu Xəlilov o vaxt bu müzakirələrə qəti etiraz etmiş və bəyan etmişdir ki, mən buna heç cürə yol verə bilmərəm, razılaşa bilmərəm, çünki insanlar içində elələri var ki,15 "ş" ilə də eşşş..ək desəm yenə ürəyim soyumaz.Və bununla da uca millət üçün taleyüklü müzakirələrə son qoyulmuşdur.
Bizim bu fağır, məzlum ulağa münasibətimiz də görünür, müqəddəs kitabımız Qurani-Kərimdən qaynaqlanır. Belə ki, bu cəfakeş heyvanlar haqqında Quranın “Cümə”x9dsurəsinin 5-ci ayəsində buyrulur ki,”x9d Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan (lakin, onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər.
Eləcə də ,“Loğman”x9d surəsinin 19 ”“cu ayəsində deyilir ki: “ Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir.”x9d
Lakin bizdən fərqli olaraq, başqa ölkələrdə bu zəhmətkeş heyvanlara xüsusi qayğı, diqqət göstərilir, onlara böyük ehtiramla yanaşılır. Bu təkcə ona görə deyil ki, o boyda ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vaxtilə eşşəklərə hamilik edib və Amerikada doğulan ilk xoşbəxt eşşəyin sahibi olub. Bu həm də ona görədir ki, vaxtilə Müqəddəs İsa peyğəmbər Müqəddəs Torpaqlara ilk dəfə eşşək belində gəlmişdir.
İndi bütün bu deyilənlərdən sonra sizcə hakimiyyət durub nə etməlidir, taleyini təkcə yerli eşşəklərin ümidinəmi qoymalıdır? Xeyr və bir daha xeyr. Dünya ölkələri sırasında bərabər addımlamaq istəyiriksə (qabağa keçmək də olmaz, çünki şalvarımızın cırığı daldan görünə bilər) bizə təkcə yerli eşşəklər lazım deyil. Əslinə qalsa, heç bizə nemes, firəngistan eşşəkləri də lazım deyil. Neçəyə olur olsun, qiymət fərq eləməz, bizə xalis urusyet, bir də amerkan sortu, safqanlı eşşəklər lazımdır...
Bu gün min bir əziyyətlə, böyük xərclər hesabına xaricdən gətirilən eşşəklərdən Milli Şura öz məqsədləri üçün istifadə edə bilmirsə, buna YAP-çı hakimiyyət neyləsin? İqtidarla Milli Şura arasında savaşın getdikcə qızışdığı, millətin isə hələ də yuxunun yeddinci qatında olduğu və heç cür oyanmaq istəmədiyi bir vaxtda YAP-çılar, gopçular durub sizcə nə deməlidi? Deməlidir ki, əziz donqılı yox, həqiqi müxalifət nümayəndələri, buyurun, qəbul edin bu eşşəkləri və onlardan Keniya ölkəsinin müxalifəti kimi kütləvi tədbirlərdə, mitinqlərdə bizim əleyhimizə siz də istifadə edin? Ya da iqtidar gecə-gündüz uğurla apardığı rüşvətyığma kampaniyasına ara verib sizin əvəzinizə eşşəkləri də rəngləyib üstünə “Talana son! Yalana son!”x9d,“ Korrupsiya, rüşvət qanımızı sorur”x9d, “Siyasi məhbuslara azadlıq”x9d, ”x9dSeçkiləri daim saxtalaşdıranlara, deputat mandatı satanlara ar olsun?”x9d şüarları da yazsın?
Yox, bir daha yox, ürəyinizi buz kimi saxlayın, bəylər, siz bunu heç vaxt görməyəcəksiniz.
Bax, indi məqamı gəldiyi üçün belə bir vacib suala cavab verirəm ki, öz eşşəklərimiz itətök olduğu bir vaxtda görəsən, bu hakimiyyətin bir ətək pul töküb xaricdən, xüsusən də amerikadan eşşək gətirməkdə marağı nədir?
Əlbəttə, yaxşı olardı ki, bizim müxbirlərimiz bu sualla hərşeyşunas, illərdir elə amerikanın küçələrində əli ətəyindən uzun gəzə- gəzə saç ağardan, müxalifəti aşağılamaqdan başqa əlindən bir şey gəlməyən Rəsul Quliyevdən cavab alaydılar. Bir halda ki, bu sualın cavabı hələ də yoxdur, deməli ona cavab verməyin vaxtı çatıbdır da bə. Cavab isə çox sadədir, lap sadədən də sadədir.
Məgər bu “bədbaxt”x9dmüxalifət hələ də bilmirmi ki, ABŞ-ın indiki prezidenti Barak Obama, bizim Hüseyn hansı partiyadan prezident seçilib? Əlbəttə ki, Demokratlar Partiyasından. Bəs bu partiyanın simvolu nədir? Əlbəttə ki, eşşəkdir. Bəs ölkəmizə gətirilən eşşəklər haradandır, məgər onların çoxu amerikadan gəlmirmi? Əlbəttə, belədir, ordandır, başqa cür də ola bilməz. İndi sizcə iqtidar nə etməlidir, əllərini yanına sallayıb qara gününü ,hakimiyyətdən yuvarlanmağını gözləməlidir? Axı, bələkdəki körpələr də bilir ki, hakimiyyət elə bir stuldur ,ondan heç kim könüllü qalxmaz, yerini başqasına verməz. Əgər bizim anoloqsuz iqtidarımız sağdan, soldan,q abaqdan, daldan nə qədər cəhd etsə də demokratlar partiyasına, bizim Hüseynə “xod”x9d tapa bilmirsə, niyə də onların simvollardan-eşşəklərdən öz xeyirlərinə elçi kimi istifadə etməsinlər? Məgər bu amerikalılar o qədər “tupoy”x9ddur, görmürlər və qiymətləndirmirlər ki, həqiqətdə bizdə onların eşşəkləri öz vətəndaşlarımızdan qat-qat qiymətlidir? Amma nə olsun ki, görünür bizim də çörəyimizin duzu yoxdur da bə. Məgər bu amerikanlar anlamırlar ki, bizim hakimiyyət balanslı siyasət adı ilə neçə vaxtdır onlarla rusların arasında haça-paça dayanmışdır və artıq zorla dayanmaqdan cərcənəy olmuş, taqəti qalmamışdır? Yazıq hakimiyyət daha əlavə nə etməlidir ki, bu ivanlar, conlar bizdən razı qalsınlar, axırıncı tikəmizi də əlimizdən almasınlar ? Hələ əvvəlki verdiklərimizi demirəm, haramları olsun, burunlarından gəlsin, lap bu günlərdə, canımızın dərdindən az qala Azərbaycanın illik büdcəsi qədər, layihə dəyəri 14,5 milyard manat olan Neft-Qaz emalı və Neft Kimya Kompleksi tikintisinin ağsaqqallığını, bütün qaydaları pozaraq, çörəyi dizi üstə olan amerikanın “Fluor”x9d şirkətinə vermədikmi? Bu zalımı zındıq amerkanlar, bizim heç üzünü də görmədiyimiz qara, qırmızı kürümüzü basıb yeyirlərsə, neftimizi-qara qızılımızı müftə daşıyıb aparırlarsa, yenə də ipə sapa yatmırlarsa, tez-tez narahat olduqlarını bildirib “Azərbaycanda insan haqları pozulur”x9d deyirlərsə, yazıq hakimiyyət ayrı neyləməlidir? İndi iqtidarımız günahsız insanları addımbaşı şərləyib həbs edirsə, 100- dən artıq siyasi məhbus ordusu yaradıb millətin qızıl fonduna daxil olan oğul və qızlarımızı zindanlara atırsa, insanların mülkünü əlindən alır, evlərini başına uçurursa, dövlət büdcəsini basıb yeyirsə, ölkədə korrupsiya-rüçvət tüğyan edirsə, dədə-baba torpaqlarımız gözümüzün qabağındaca əlimizdən gedirsə bunun müqabilində susmağa görə onlara əlavə daha nə verməliyik ki? Urusların da payını onlara verə bilmərik axı?
Əlbəttə, dərd təkcə amerikanlar, ingilislər olsa idı, nə var idı ki? 10 ildir dünyanı qarışdıran, rusları və Rusiyanı it gününə salan, şərin dühası liliput Putin həftə səkkiz, mən doqquz leşgərini çəkib gəlir üstümüzə. Elə o gün, prezident seçkilərində başımızın üstün almadımı, sərvətlərimizi gəmilərə doldurub aradan çıxmamışdımı? İndi yenə qara xəbər göndərib ki, bəs deməzsən, nə var idi, çoxdan qurtarıb, tükənib.Ya təcili gəlin dürtülün Avrasiya İttifaqına, ya da yenə 5-6 hərbi gəmi ilə gəlirəm, hazır olun, yəni bac-xərac məsələsi...
Odur ki, ey çoxdan yatmış, şirin yuxuya dalmış milləti üçün məhsulsuz qalmış “Məhsul”x9d stadionunda mitinqlər keçirən, xalqın yuxusuna haram qatıb onu yuxudan kal oyatmağa cəhd edən Milli Şura, əgər bu milləti vaxtilə Qasım bəy Zakir, Seyyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi əjdahalar oyada bilmədisə, indi sən xor-xor yatmışları kiminlə oyadacaqsan: ermənilər üçün sinov gedən, istedadına görə yox, regionuna görə ölkənin bütün yüksək titullarını alıb sonda bizə şıllaq atan ,“ İstiqlal”x9d ordenli əkrəm əylisli iləmi?
28 il Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsindən asılıb qalan, millətinin acı taleyinə, rəzil günə salınmasına, oğlundan min dəfə istedadlı gənclərin vətən sevgisinə görə şərlənərək zindanlara doldurulmasına göz yuman, əvəzində isə oğluna hakimiyyətdən Küveytdə səfir kürsüsü alan Anar Rzayevləmi?
Odur ki, tərs müxalifət, gəl, daşı ətəyindən tök, heç olmasa bircə dəfə deyilənlərə qulaq as: Eşşək siyasətinə qarşı çıxma, əksinə, bu siyasəti dəstəklə, amerkan, özü də SAF QANLI əziz eşşəkləri aeroportda gül-çiçəklə, zurna balabanla qarşıla.Yaddan çıxarma ki, onlar sizin üçün helə belə eşşək deyillər, sülhməramlı elçilərdir. Elçilərə isə, müdriklər demişkən, heç vaxt zaval yoxdur...
































































































