Tam olaraq bir həftə bundan əvvəl,Facebookda Türk jurnalisti,siyasətçi,yazar Ömər Türkan bəyə Azərbaycan haqqında maraqlandığım sualları
soruşdum.Özlüyümdə,Türk yazıçısının,siyasətçisinin gözündə Azərbaycanda baş verən hadisələri necə dəyərləndirməsini bilmək istədim.
Birinci sualım belə oldu:Siz Azərbaycanda gedən son prosesləri necə dəyərləndirirsiniz?
Ö.T: Son dəfə Azərbaycan mediasında gündəmi zəbt edən xəbərlərdən biri,Qarabağ qazisinin özünün yandırması olmuşdur.Bir qazinin əlaçsızlıqdan özünü yandırması hamını sarsıtdı.Bu hadisə ölkədə qazilərə,əlillərə yardım edilmədiyini və onlara önəm verilmədiyini aydın şəkildə göstərir.Bu hadisə əgər bizdə baş versəydi indi Türkiyə ayaqda idi.O üzdən ki,Türkiyə xalqı belə məsələlərdə həssasdır.Qazi demək,əlil demək şəhidin dirisidir.Bir sözlə Qarabağ qazisinin bu hala gətirib çıxaran səbəblər məncə aradan qaldırılmalı.Belə məsələlərin üzərinə ciddi şəkildə düşməlidirlər.Qazilərə,əlillərə öləndən sonra yardım etmək,dərdlərinə şərik olmaq lazım deyil.Bu yardımı özünü yandırmamışdan əvvəl etmək lazım idi məncə.Mən bir siyasətçi,və partiya üzvi olaraqdan bu hadisələri qəti şəkildə qınayıram.
İkinci sualım isə məni ən çox maraqlandıran suallardan biri oldu:Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyə höküməti hansı tədbirlər görməktədir?
Ö.T: Qarabağ problemi Türkiyə hökumətini maraqlandırır.Ama o qədərdə deyil.O üzdən ki Türkiyə hökuməti bu dəqiqə özlərinə çıxış yolu axtarmaqla məşğuldurlar.Türkiyə hadisələrindən xəbəriniz var.Hökumət çox sərt şəkildə divara sıxışdırılıb.Xalq bir yandan,iqtidar içərisində olan şəbəkələr bir yandan.Hökumət daxilində güclü çəkişmələr var.Paralel dövlət qurmaq istəyənlərə qarşı Ərdoğan bir sıra güclü tədbirlər görür.Və əsas sualın cavabına gəlim.Keçən ay Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər etmişdi.Səfər çox güman ki dostluq, birlik,əməkdaşlıq görüşməsi kimi başa çatdı.Heç də yaxşı görüş olmadı.Davudoğlu:"Bizim əsas məqsədimiz təkcə sərhədi açmaq deyil,həm də sülhə aparacaq yolun təməlini qurmaqdır"deyərək çıxış etmişdir.Azərbaycan Türkiyəyə güvənir.Ama arada elədə istilik yoxdur.Əliyevin xarici siyasəti Azərbaycana uğurlar qazandırıb.Ama bunu deyim ki,Azərbaycanla Türkiyə münasibətlərinin ən isti nöqtəsi rəhmətlik Əbülfəz Elçibəyin dövründə olmuşdur.Elçibəy siyasətçilərin gözündə yüksək tutulan biri olub.Elçibəyi xalq sevirdi.Və xalqın sevgisini qazanaraq o zirvəyə qalxmışdı.O Türkiyəyə,Türk xalqına bağlı bir prezident idi.Elçibəy Azərbaycanı böyük bir zirvəyə çıxardı.Və dəvam etsə idi Azərbaycan indi regionda güclü dövlətlərdən biri olacaqdı.
Türkiyə Avropa birliyinə tam üzv olmaq üçün regiondakı qonşu ölkələrlə barış əldə etməlidir.Və bunun üçün də ilk növbədə hədəf Ermənistandır.
Türkiyə təklənir.Türkiyəni zəiflətmək istəyənlər regionda fəaliyyət göstərirlər.Əgər Türkiyə təklənərsə, ən çox ziyanı Azərbaycan görəcək.Azərbaycanın arxasında tək bir dövlət,tək bir millət Türkiyədir!Türkiyə əldən gedərsə,nəinki Azərbaycan bütün Türk dünyası məhv olar!Bütün dünya türklərinin istinad nöqtəsi Türkiyədir!Məqsəd də budu.Türkiyə zəifləsin,Türkiyəyə arxa olan bütün ölkələrdə gücdən düşsün.Ermənistan Türkiyə ilə barış əldə etməyə can atır.Türkiyə ilə Ermənistan sərhədləri bağlı olduğuna baxmayaraq 2009 cu ildən bu yana ticarət 2.5 qat artıb.Ermənistan-Türkiyə ticarəti güclənməktədir.Ermənistan ilə ticarətimiz 100 miliondan 250 milyona çatmışdır.Təxminən 100 min Erməninin Türkiyəyə gəlib ticarətlə məşğul olduğu hamıya məlumdur.Erməni-Türk ticarəti getdikcə yüksəlməkdədir.Amma baxmayaraq Ermənistanın halı heç də yaxşı deyil.Əhalinin yarısı ölkəni tərk etmiş durumdadır.Ermənistan-Azərbaycan sərhədlərində duran əsgərlərin yarısı Suriyadan gələnlərdir!Suriyadan Ermənistana, Suriyalı vətəndaşlar gəlməkdədir.Suriyalı vətəndaşlar Ermənistana gələn kimi Erməni vətəndaşlığına keçirlər.Və beləcə həm siyasətdə,həm də hərbidə rol oynayırlar.Suriyalı cavanların bir hissəsi əsgər kimi Ermənistanın zəbt etdiyi Azəri torpaqlarında xidmət edir.Və bunuda deyim ki,Suriyalılar Ermənistana gəlməsinin səbəblərindən biri Erməni vətəndaşlığı alaraq Avropa ölkələrinə gedə bilməsidir.Suriya reqinda çox rol oynayır.
Yaxın günlərdə Türkiyədən Suriyaya silah dolu tır gedirdi.Və tırı yoxlayan polislər işdən qovuldu.Gizli bir iş olduğu bəlli.Türkiyə hakimiyyəti bunu təkzib edərək özünü Süriya müxalifətinə yardım göndərilirmiş kimi göstərdi.Sornadanda məlum oldu ki Türkiyədən yola düşən silahlar Əl-qaidə terror qruplarına göndərilirmiş.Mən hər zaman öz köşəmdə Suriya,Azərbaycan,Türkiyə məsələlərinə toxunuram.Və Allahın köməkliyi ilə regionda sülh olacağına inanıram."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.