Bir neçə gün əvvəl statuslarımdan birində “Mlli Şura məsələsi “səmavi” olduğundan mənim o barədə fikir yürütməyə gücüm çatmır” yazmışdım. Sanki yazdığım eşidildi. Cəmil Həsənli Milli Şuraya vahid namizəd seçildiyindən deyəsən məsələ artıq yerdə həll olunur. Səhifəmin ən cəsarətli tənqidçilərindən olan Ramil bəyin də məsləhətini nəzərə alaraq bu barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
26 may 2010-cu il tarixdə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabının Hyatt Regency otelindəki təqdimatı zamanı, Sumqayıt hadisələri ilə bağlı azərbaycan və erməni təbliğatını müqayisə edərkən bu fikri söyləmişdim: ”Bu gün Azərbaycan adlı dövlətin mövcudluğu xalqın yox uca Allahın istəyi ilə bağlıdır”. Düzdür çıxışımdan dərhal sonra milli sərvətimiz, professor Şirməmməd Hüseynov xalqın rolunu inkar etdiyimdən necə deyərlər məni ağ yüdü, qara sərdi. Ancaq yenə o fikirdəyəm ki, uca Allahın millətimizə xüsusi qayğısı olmasa halımız çox pis olar. Cəmil Həsənlinin seçimi ilə yenə Allah özü bizə kömək elədi. Əminəm ki, Rüstəm İbrahimbəyov ilə bağlı söhbətlərin heç biri Cəmil Həsənliyə yapışmayacaq və Milli Şura (əgər sona qədər səmimi olsalar) daha böyük uğur qazanacaq- A-
- A
- A+
Köşə
14:03 / 26.08.2013
Milli Şuranın Cəmil Həsənli seçimi
Hazırda oxunan: Milli Şuranın Cəmil Həsənli seçimi
Hazırda oxunan: Milli Şuranın Cəmil Həsənli seçimi
32688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































