“Şükür, sülh və sabitlikdir - rüşvətimizi rahatca alıb-veririk...”

“Şükür, sülh və sabitlikdir - rüşvətimizi rahatca alıb-veririk...”

Hazırda oxunan: “Şükür, sülh və sabitlikdir - rüşvətimizi rahatca alıb-veririk...”

256548

Zamirə Hacıyevaya “Azərbaycanın ən fərasətli xanımı” statusu vermək lazımdır(14 il dövlətin milyonlarını nə təhər sağa-sola, Londona, Parisə dağıdıbsa, hökumətin, xüsusi xiidmət orqanlarının bundan qətiyyən xəbəri olmayıb)- ondan "fərasətlisi" varsa,xa0 çıxsın ortalığa...

xa0

***

Deyirlər, 2050-ci ildə dünya əhalisininxa0 yarısı uzağı görməyəcək; onsuz daxa0 bəşəriyyətin nəinki yarısı, bəlkə də 90 faizi uzağı görmür, bu da planet varidatının 90 faizindən çoxunu sümürən super güclərə sərf edir –söhbət gözlə görməkdən getmir...

xa0

***

xa0

Çağdaş dövrün kreslo, var-dövlət görməmişlərinin şükür formulu: “Şükür ki, sülh və sabitlik şəraitində bir-birimizi aldadırıq, dələduzluq edirik, tutduğumuz postlarda rahatca rüşvət alıb-verə bilirik, əlimizə keçən xalq sərvətini, dövlət büdcəsini talaya bilirik...”

***

xa0

Qədimalı kişidən qazımızdan qaz vurub qazan dolduranlara ciddixa0 sual: “Ay başınızaxa0 dönüm, bu qaz 20-30 il bundan qabaq niyə belə “dəmlənib” bir belə adamın canını almırdı, heç o biri, lap soyuq ölkələrdə, Urusetdə-filanda da qaz Azərbaycandakı kimi “dəmlənmir” axı?..”

xa0

***xa0

xa0

Deyirlər, Türkiyə məscidlərində imamlara siqaret qadağası qoyulub; Türkiyəni bilmirəm, bizim məscid axundlarına ilk növbədə cümə, bayram xütbələrində başçılara(özü də rüşvətxor başçılara) yaltaqlanmaq qadağası qoymaq lazımdır...

xa0

***

xa0

Ey müəllimlər, siz bu məmləkətdə milyonçu olmağı ancaq xa0konsertinə 1200 manatlıq bilet satılan Röyalarda görərsiz...

xa0

***

Axh..., 1988-ci ildə xa0Şuşa Topxanasındakı bir armudxa0 ağacından ötrü 1 milyondan çox insanı meydana toplayıb Xalq Hərəkatı yapan Qoçu Əsgər,xa0 hardasan, indi torpağımızın 20 faizi, 1000-ə yaxın yaşayış məntəqəmiz işğal altındadır, 1 milyondan çox qaçqınımız var, amma?..xa0 xa0xa0

xa0

Sultan Laçın

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO