Rəhmətlik Elçibəyin tez-tez işlətdiyi bir ifadə var idi; “hər şeyin zamana ehtiyacı var”x9d xa0O, bu sözləri heç vaxt özünün sığortalanması üçün yox, millətin, dövlətin maraqları xatirinə işlədirdi. Zaman keçir, vaxtilə Elçibəyi siyasi demaqoqluqda günahlandıran Qərb dairələrinin xa0başbilənlərinin özləri indi siyasi demoqaqa çevriliblər. Medialarda daim kimin kimdənsə şikayət etməsi gündəmdədir, keçiblər “açıq karta”x9d. Bunun öz səbəbləri olduğu halda, ölkə daxilində baş verən “açıq xa0kart”x9d ab-havasının başlıca səbəbi düşdüyümüz iqtisadi durumdur. Təkcə xarici amillər yox, həm də daxili iqtisadi şərait bizimkiləri də hərəkətə gətirməyi bacarıb. Bir zamanlar üzdə olanlara xa0belə “inkişafın”x9d perspektivsizliyi haqqında xəbərdarlıq edəndə, aşkar söyləməsələr də arxada, “bacarana baş qurban”x9d deyirdilər və bu “bacarığın”x9d nədən ibarət xa0olduğu mənə yaxşı aydın idi və bildirirdim ki, belə çox “yemək”x9d bizi az yeməkdən də qoyacaq.xa0
İndi hakimiyyətdə olan “bacarıqlılar”x9d bunun bədəlini ödəməli olurlar və onlar arasında da “razborka”x9d başlayıb. Yəni bir çox məsələlərin çözülməsi zamanı yetişib. Hakimiyyət öz daxilində, müxalifətçilər də öz aralarında “razborka”x9dya xa0girişiblər. Burada pis bir şey yoxdur, cəmiyyətimizin saflaşması baxımından gərəkli prosesdir. Amma pisi odur ki, çoxları məsələnin həllini qisas müstəvisinə keçirməyə çalışır. Bilirəm, bu hislərdən yaxa qurtarmaq çətin məsələdir, amma millətin önündə gedən xa0nümayəndələri, vətənimizin gələcəyi xa0xatirinə xa0özlərini buna məcbur etməyə və bu işdə başqalarına da nümunə olmağa borcludurlar. Hakimiyyətdəkilərin əsas razborkası iqtisadi məsələlərdə olduğu halda, müxlifətçilərinki siyasi məsələdir. Çünki, müxalifətçilərin iqtisadi sahədə yox, siyasi sahədə maxinasiyaları çox olub. Bir-birilərinə çox atıblar. Maraqlıdır, hakimiyyətdən amnistiya tələb edən müxalifətçilər niyə öz münasibətlərinə amnistiya vermək istəmirlər? Hələlik hədəfdə Aslan İsmayılovdur. Niyə məhz Aslan İsmayılov? Ona görə ki, Aslan bəy bildiklərini (yəqin həm də öz əqli süzgəcindən keçirib gəldiyi nəticələri) heç kəsdən gizlətmədən açıq ifadə edir. Əgər ikinci beləsi də tapılsa, yəqin ki, o da hədəfə çevrilələcək. Aslan bəyi hədəfə alan yazıların birində iddiaçı tərəfi haqlı saysam da Aslan bəyi də günahkar saymadığımı söyləmişdim. “Aslan bəyi ona görə günahkar saymıram ki, çoxlu sayda ziyalılarımızın keçdiyi yolu o da keçməli olub. Bu hansı yol olub? Bunun izahı uzun bir yazı ola bilər, yaxud da qısaca, etiraf etməyi bacarmalıyıq.”x9d (məqalələrin birinə yazdığım şərhin son cümlələri). Doğrudan da bu yol hansı yol olub? Yaxud da, nəyi etiraf etməliyik? Cavabı davamında olacaq...






























































































