Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb.
Rayon sakini, 1944-cü il təvəllüdlü Ağayev Bülbül Sotanhəmid oğlu yaşadığı evdə özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.






























































































