BŞBPİ: Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb

BŞBPİ: Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb

Hazırda oxunan: BŞBPİ: Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb

97317
 

Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb.

Bu barədə Sfera.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.

 

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO