Xədicə İsmayılın ittiham aktı-son bölüm...

Xədicə İsmayılın ittiham aktı-son bölüm...

Hazırda oxunan: Xədicə İsmayılın ittiham aktı-son bölüm...

92587
Tural Mustafayevin həyat yoldaşı: “Əvvəl namaz qılırdı, içki içmirdi, Bakıya gəldi....”x9d

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın cinayət işi üzrə istintaq materiallarının son bölümünü təqdim edirik. Bu sayımızda X.İsmayılın və onun həbsinə səbəb olan Tural Mustafayevin bəzi yaxınlarının ittiham aktında yer alan ifadələrinə yer verəcəyik.

*    *    *

“İstəmirsən, ərizəni ver, boşan”x9d


Tural Mustafayevin həyat yoldaşı olmuş şahid Mustafayeva Şəfa Şahin qızı ifadəsində göstərib ki, 2004-cü ildə T.Mustafayevlə rəsmi nikaha girib və bu nikahdan Tuncay və Tunay adlı övladları anadan olub. Turalla bir-birini sevərək evlənsələr də, 8 may 2014-cü il tarixdə onunla rəsmi olaraq Göyçay Rayon Məhkəməsində boşanıblar. Boşanmaya ərizəni Tural verib və onun ərizəsi əsasında da boşanıblar. O, özü 2013-cü ilin dekabr ayında boşanmaq üçün ərizə yazıb. Tural onun ərizə yazdığını bilib, ərizəni məhkəməyə verməkdən çəkindirib. Həmin vaxt Turalın facebook səhifəsində özünü subay kimi göstərməsini görüb və elə bu səbəbdən ərizə yazaraq ondan boşanmaq qərarına gəlib. Həmin vaxta kimi Turalın ailəsi və onunla maraqlanmadığına görə artıq aralarında soyuqluq yaranıb, həmin dövrlərdə Tural Bakıya gedib-gəlib, AzadlıqRadiosunda işləyib. O, Turalın həyatında kiminsə olduğunu hiss edib, ancaq konkret olaraq bu barədə hər hansı bir məlumatı olmayıb. Tural AzadlıqRadiosunda işləyəndə facebook səhifəsində iş yoldaşlarının, özünün, o cümlədən Xədicə İsmayılova ilə birlikdə olan şəkillərini yerləşdirib. Bundan başqa, X.İsmayılovanın adını tez-tez çəkərək onunla yaxın dost münasibətlərində olduğunu deyib. 

Keçmiş həyat yoldaşı deyib ki, T.Mustafayev tamam dəyişib, həmişə ailəsinə, uşağına qarşı diqqətcil, qayğıkeş olan biri, kobud olmuş, əvvəllər namaz qılıb, spirtli içki qəbul etməsə də, araq içməyə başlayıb. Bütün bu dəyişikliklər onda radioda işə düzələndən bir müddət sonra yaranmağa başlayıb. Tural onu ərizəni məhkəməyə verməkdən çəkindirmək istəyib. Onlar aralarında bir yerdə yaşayaraq ailəni qoruya biləcəkləri qərarına gəliblər. Bundan sonra o, 2014-cü ilin yanvar ayının 1-də uşaqları ilə birlikdə Bakıya gəlib. 2014-cü ilin mart ayının 15-nə kimi Turalla həmin mənzildə birlikdə yaşayıb, həmin dövrdə Tural artıq başqa yerdə, “Meydan TV”x9ddə işə düzəlib. Evə çox gec gəlib, özü də əksər hallarda içkili olub. Eks həyat yoldaşı bildirib ki, onu ailəsindən, uşaqlarından ətrafında olanların uzaqlaşdırdığını anlayıb.
 
Turalın dostları kimi Aygül və İlhamiz adlı şəxsləri tanıyıb. Onlar bir dəfə 2014-cü ilin fevral ayında, bir dəfə də uşağın ad günündə, 10 mart 2014-cü il tarixdə evlərinə gəlib və gecəni onların evində qalıblar. Onların arasında olan söhbətlərdən "onsuz da işdən çıxartdıracaq, Xədicə ondan əl çəkməyəcək, qisas alacaq" sözlərini eşidib. Tural çox əsəbi halda bu sözləri Aygüllə İlhamizə deyib. Tural 14 mart 2014-cü il tarixdə axşam evə gəlib uşaqlar yatandan sonra ona deyib ki, həyatında başqası var, onunla yaşamaq istəmir, o, Turalın bu sözlərinə hazır olduğundan, “lap yaxşı, istəmirsən, ərizəni ver, boşan”x9d cavabını verib. 

T.Mustafayev 15 mart 2014-cü il tarixdə evdən birdəfəlik çıxıb gedib, sonra Göyçay Rayon Məhkəməsinə ərizəni verib, 08 may 2014-cü il tarixdə rəsmi olaraq boşanıblar. Turaldan ayrılandan sonra onun həyatı ilə maraqlanmasa da, atasının sözlərindən Turalın işsiz olduğunu, Xədicənin onu işə düzəlməyə imkan verməməsini, nişanlısı ilə aralarını vurduğunu, Turalın başını itirdiyini eşidib. Son vaxtlar uşaqların alimentini ondan istəyəndə Tural işləmədiyindən pul verə bilmədiyini deyib. Turalın siçan dərmanı içərək intihara cəhd etməsi barədə məlumatı anasından eşidib. 

Tural Mustafayevlə bir evdə yaşamış Cavid Abdullayev baş verənləri necə danışıb?
Şahid Abdullayev Cavid İlqar oğlu ifadəsində göstərib ki, 2013-cü ilin dekabr ayında “Meydan TV”x9d internet televiziyasının redaktoru Təhminə Tağızadə onunla əlaqə yaradaraq, reportyor işinə dəvət edib. X.İsmayılova barədə bildirib ki, onun istər AzadlıqRadosunda, istər “Meydan TV”x9ddə, istərsə də bir sıra saytlarda böyük nüfuza malik olan şəxs olduğunu bilir. Bundan başqa, Xədicənin Avropada, Amerikada əlaqələrinin geniş olduğunu da bildirib. “Meydan TV”x9dnin rəhbəri kimi tanıdığı Emin Milli ilə isə dostdurlar. Emin Milli Almaniyada yaşayır. C.Abdullayev deyib ki, eşitdiyinə görə, X.İsmayılova E.Millinin həmin dövlətdə yerləşməsinə, orada əlaqələr quraraq işləməsinə də köməklik edib. 

T.Mustafayevi yaxşı bir insan, öz işini bilən, səmimi biri kimi tanıyıb. Təxminən 2014-cü ilin aprel ayına kimi onun barəsində hər hansı bir pis söz eşitməyib. 2014-cü ilin mart ayının ortalarında Tural onunla birlikdə "Meydan TV"nin ofisində yaşamağa başlayıb. Həmin vaxt Turalın söhbətlərindən bilib ki, Turalın X.İsmayılova ilə münasibətləri pozulub və buna da səbəb Turalın Rövşanə adlı qızı sevməsi, ona qarşı fikrinin ciddi olmasını Xədicə İsmayılovaya deməsi olub. X.İsmayılova qısqanclıq edərək onu hədələyib evindən qovub. Ona görə də Tural söhbətlərində deyib ki, “Meydan TV”x9ddə işləməsinə imkan verməyəcəklər, artıq Xədicə aralarında olan münasibətlərin pozulduğunu hamıya çatdırıb.

Təxminən mart ayının axırlarında Emin Milli skayp vasitəsilə müşavirə keçirən zaman əmək haqqının ödənilməsi üçün imkan olmadığını, maddi problemlər olduğunu, ola bilsin kiminsə müqaviləsinin uzadılmayacağını deyəndə həmin müşavirədə iştirak edən T.Mustafayev müqaviləsi uzadılmayan şəxsin onun olacağını bildiyini, ona görə də çatacaq məvacibinin tam ödənilməsini xahiş edib. E.Milli isə onunla razılaşmayıb,  “nədən bilirsən ki, sən olacaqsan» deyərək cavab verib, ancaq səhəri gün həqiqətən də məlum olub ki, Turalı işdən maddi vəziyyətlə bağlı müqavilənin uzadılmaması adı ilə çıxarıblar. Buna baxmayaraq, Tural ofisdə qalmaqda davam edirmiş. Bir neçə dəfə ona eşitdiriblər ki, ofisdən çıxmalıdır. Tural imkanı olmadığına görə kirayəyə çıxa bilməmiş və pulunu tələb etmişdir. Ancaq onun pulunu vermirlərmiş, axırda Emin Milliyə onu məhkəməyə verəcəyini deyəndən sonra pulunu bir-iki günə Turala veriblər. Tural ”x9dMeydan TV"də eşitdiyinə görə 700-800 ABŞ dolları əmək haqqı alırmış. 

“Meydan TV”x9ddən sonra AzadlıqRadiosunda da Turalın məqalələrini götürməyiblər. Bir neçə sayta müraciət etsə də, Turala iş verən olmayıb. Turalın özünün də sözlərinə görə, Xədicə bir jurnalist kimi onun üstündən xətt çəkib. 

Təxminən 2014-cü ilin may ayının əvvəlində Turalın nişanlısı Rövşanə ona zəng vuraraq Turalın özünü asdığını, facebookda şəkil paylaşdığını bildirib. O, dərhal yaşadığı evə gedib, Rövşanənin anası ilə artıq evdə olduğunu, Turalın bir küncdə dinməz oturduğunu görmüş və ona məlum olub ki, Tural həqiqətən də özünü asaraq intihar etmək istəyib. Tural mələfə ilə özünü asmaq istəsə də, ilgək açıldığından buna nail ola bilməyib. Rövşanə ilə anası getdikdən sonra aralarında olan söhbətdə Turalın intihar etməsi barədə şəkili internetə Xədicəyə görə yerləşdirdiyini bildirib, özünü asmaq, öldürmək istəməsinin səbəbini də Xədicənin onu hər yerdə işdən məhrum etməsi, jurnalist kimi onu silmək istəməsi ilə bağlı olması ilə izah edib. Həmin ərəfədə Turalın Rövşanə ilə münasibətlərinin pozulmasının, aralarında hər hansı bir narazılığın olmasının şahidi olmayıb. Bu hadisədən sonra təxminən bir aya yaxın bir yerdə yaşayıblar. 

C.Abdullayev bildirib ki, 2014-cü ilin oktyabr ayının ortalarında xəbər saytlarından T.Mustafayev adlı gəncin bulvarda siçan dərmanı içərək intihara cəhd etdiyini, ancaq xoşbəxtlikdən sağ qaldığını oxuyub. Təxminən oktyabr ayının 25-də təsadüfən Turalla şəhərdə görüşüb. Onunla söhbət zamanı nə üçün belə etdiyini soruşub maraqlananda o, "əşi boş ver, köhnə söhbətlərdir, -başqa nə olacaq, əl çəkmir" deyib. Tural köhnə söhbət deyəndə Xədicə İsmayılova ilə aralarında olan söhbəti nəzərdə tutub. 

Keçmiş nişanlıdan Tural Mustafayev gerçəyi... 


İş üzrə şahid qismində dindirilmiş Rəhimova Rövşanə Vaqif qızı ifadəsində göstərib ki, Tural Mustafayevlə 08 mart 2014-cü ildə qadınlar bayramı münasibətilə "Status" kafesində keçirilən məclisdə tanış olub. T.Mustafayev məclisə bir qədər sonra tək gəlib. Hamı ilə görüşüb qadınları təbrik edib, onlar oturduğu masanın arxasında oturub çörək yeyib, spirtli içki qəbul edib. Təxminən saat 23 radələrində onlar evə getmək üçün kafedən çıxandan sonra Aynurə, Xədicə və digər bir nəfər Xədicənin rəfiqəsi taksiyə əyləşmək istəyərkən Aynurəgil ona "gəl səni evədək ötürək" deyəndə onlara narahat olmamalarını, Turalın onu ötürəcəyini deyib. Bundan sonra Xədicə, Aynurə və digərləri maşına oturub gediblər. O isə Turalla piyada öz evi istiqamətində, "28 May" metro stansiyası tərəfə gedib, yol boyu söhbət edərkən Tural özünün evli olduğunu, iki uşağı olmasını bildirib, ona “nə yaxşı xoşbəxtsən”x9d deyəndə o, “yox xoşbəxt deyiləm”x9d deyərək cavab verib, ailəsi ilə aralarında sərinlik olduğunu bildirib.  Turalın ondan xoşu gəldiyini hiss etdiyindən evli kişi ilə heç bir münasibətinin ola bilməyəcəyini ona bildirmiş, sadəcə olaraq, dost ola biləcəklərini deyib və istifadəsində olan telefonunun nömrəsini ona verib, Tural da öz növbəsində öz nömrəsini əlaqə saxlamaq üçün ona verib və onu evinədək ötürüb çıxıb gedib. 

09.03.2014-cü il tarixdə Novxanı qəsəbəsində keçirilən təlimdə olduğu zaman Tural ona SMS vasitəsilə mahnı və şeirlər göndərib. Axşam tərəfi Turalı boulinq oynamağa dəvət edib. Lakin o heç cür gələ bilməyəcəyini, pulu olmadığını bildirmiş, həmin gün gün ərzində Turalın ona mesajlar yazdığını A.İmranovaya deyib. Axşam isə Turaldan söhbət düşəndə Aynurə "yeri gəlmişkən, Tural Xədicəgildədir" deyərək ona bildirib. A.İmranovadan Turalın "nə əcəb onlara gedib" deyə soruşanda Aynurə Turalla Xədicənin əvvəllər yaxın olduqlarını, hazırda isə dost olduqlarını bildirib. İki gündən sonra Turalla zəngləşib görüşərkən söhbət zamanı sonuncu ona X.İsmayılova ilə aralarında əvvəllər özəl münasibətlər olmasını etiraf edib, ancaq hazırda dost olduqlarını, başqa münasibətləri olmadığını bildirib. Tural daha sonra X.İsmayılovanın evinə bir dost kimi getdiyini, onunla mesaj yazışması apararkən X.İsmayılovanın bunu gördüyünü və ona "o qız yaxşı qızdır, onunla münasibətə girib onu incidəcəksən" sözlərini dediyini və elə bu zəmində də aralarında mübahisə yarandığını danışıb.

R.Rəhimova deyib ki, 2014-cü ilin aprel ayının əvvəllərində Tural Mustafayev "Meydan TV"dən işdən çıxarılıb. Onun “Meydan TV”x9dyə X.İsmayılovanın tövsiyəsi ilə işə götürülməsini kənar insanlardan eşidib, kimdən eşitdiyini xatırlamır. Turala iş tapmaqla bağlı dostuna, yəni Xədicəyə müraciət etməsini məsləhət görərkən sonuncunun bu barədə danışmaq istəmədiyini bildirməsindən Turalla Xədicənin münasibətlərinin pisləşdiyini bilib.

Ümumiyyətlə, belə başa düşür ki, Tural Mustafayevlə Xədicə İsmayılovanın münasibətlərinin pozulmasına səbəb Turalın onunla (yəni Rövşanə ilə) tanışlığı olub. X.İsmayılova ilə münasibətlər pozulandan sonra Turalın işsizlik problemləri yaranıb, müəyyən təlimlərə qatıla bilməyib, iş tapmaq üçün müəyyən yerlərə müraciət etsə də işə qəbul olunmayıb. Bundan başqa, işsiz qaldığı dövrdə AzadlıqRadiosuna müəyyən məqalələr göndərsə də, onun məqalələri qəbul olunmayıb. 

R.Rəhimova Turalın özünü öldürməyə cəhd etməsinin səbəbinin onun yaşadığı stress və sarsıntılarla bağlı olduğunu düşünür. X.İsmayılova ilə telefon əlaqələri olmasa da, facebook yazışmaları olub. 09.03.2014-cü il tarixdə təxminən saat 23 radələrində X.İsmayılova facebookda "sən çox gözəlsən, imkan vermə ki, kimsə səni incitsin" mesajını yazıb göndərib. Onun göndərdiyi həmin mesajı oxuduqdan sonra ona öz təşəkkürünü bildirib və “əgər Turalla bağlı məsələni nəzərdə tutursunuzsa, Turalla mənim aramda heç bir şey ola bilməz”x9d mesajını yazıb göndərib. Həmin vaxt Turalla onların münasibətlərinin dərinliyini bilmədiyi üçün fikirləşib ki, yəqin Tural ailəli olduğundan X.İsmayılovanın ona belə yazmaqda məqsədi onu ailəli bir insandan qorumaqdır. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO