Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S. Mehmandarov küçəsi, ev 25, mənzil 17-də yaşayan “Diplomat”x9d qəzetinin baş redaktoru Əliyev Tahir Süleyman oğlu Moderator.az vasitəsilə prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb. Ərizədə deyilir:
"Çox hörmətli Cənab Prezident, mən “Diplomat”x9d qəzetinin baş redaktoru, dəfələrlə Ulu Öndər, Böyük Heydər Əliyev cənabları ilə görüşən və bu respublikanın quruculuğunda azdan-çoxdan əməyi olan “Diplomat”x9d qəzetinin təsisçi və baş redaktoru kimi, Sizin xarici və daxili siyasətinizin hər zaman tərəfdarı olaraq təbliğ etmiş və Xalqımıza, Vətənimizə, Ulu Öndər, Böyük Heydər Əliyev siyasətini dəstəkləyərək, bir sıra xarici dövlətlərdə Vətənimizin inkişafını və Azərbaycanımızın başına gətirilən faciələri konfranslar keçirərək həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq Azərbaycanımızın xidmətindəyəm.
Cənab Prezident, Sizə və Vətənimiz Azərbaycana sadiq bir vətəndaş kimi yazaraq bildirirəm ki, Maştağa bələdiyyəsi tərəfindən, “30“ sentyabr 2005-ci il tarixli, 16/13 sayl Sərəncamla və 07 aprel 2006-cı il tarixli, 33/8 saylı qərarı ilə, alqı-satqı yolu ilə mənə verilən yerləşmə-sxemində göstərilən 1000 kv.m torpaq sahəsi, Maştağa-Buzovna yolunun, Xanlar yaşayış massivinə tərəf , yolun 550- metirliyində (25x40 kv.m.) yerləşir.
Həmin torpaq sahəmi, Baki şəhəri G. Şıxlınski küç. Ev. 6, mən. 2-də yaşayan Babayev Nəsrəddin Xəlil oğlu tərəfindən tel:0555170613, həmin ünvanda yaşayan xanimi Babayeva Südaba Məmməd qızı adina olan Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinə tərəf olan yolun 605- metirliyindəki 20x50 kv.m. yerləşən torpaq sahəsinin əvəzinə, mənə aid olan, Maştağa-Buzovna yolunun Xanlar massivinə tərəf olan 550- metirliyindəki 25x40 kv.m. torpaq sahəmi, dələduzluq yolu ilə, saxta sənədlə və saxta sənədin saxtası ilə iki dəfə başqa- başqa adamlara satan -Nəsrədin Babayev saxta sənədi bir daha saxtalaşdıraraq, 605-rəqəmini 556 ”“ rəqəmi ilə əvəz etmiş, həm də Bələdiyyə sədrinin imzasını saxtalaşdıraraq ikinci defe dələduzluq yolu ilə Nəzakət adli bir vətəndaşa satmışdır. Sənədin əsli yoxdur, və bu sənəd 9-saylı natariat kontoru tərəfindən təsdiq edilib.Əsli olmayan sənədin natariat kontorda necə təstiq edildiyi belli deyil!
Məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim 2-ci PB-sinin tədqiqatcısı Arzuman İsmayılov hər dörd tərəfin, mənim və Nəsrəddin Babayevin, bələdiyyə nümayəndəsinin və sahə müvəkkilinin iştirakı ilə araşdırma apardı. Toplanmış faktlara əsasən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması məsələsinə baxılması üçün xəzər Rayon Prokurorluğunun qarşısında vəsadət qaldırılmışdırş. 16-avqust 2014-cü ildə material pokurorluq tərəfindən XRPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İşə müstəntiq Ülvi Abdullayev baxırdı və söz vermişdi ki,sahəyə gedib yerindəcə araşdirib protokol hazırlayacaq. Özünün dediyinə görə yuxarıdan tapşırıq aldığına görə cinayət işi aça bilməyəcəyini söylədi və saxta sənədə və saxta sənədin ikinci dəfə saxtalaşdırılmasına görə, saxta sənədlə, dələduzluq yolu ilə başqasının mülkünün satılmasında cinayyət işi yoxdur deyərək, kiminsə göstərişinə görə rədd qərarı verdikdən sonra, Xəzər RPİ-nin rəisi Azər Muradovdan da həmin cavabi aldım.
Sonda, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar müəllimə müraciət etdim, iş 2015-ci ilin yanvar ayından ilkin istintaqa gotürülsə də, müstəntiq Əflatum Səlimov da, kiminsə göstərişinə əsasən saxta sənədlərə görə cinayyət işi açmaq niyyətində olmadığını görürəm.
1.İki kərə saxta sənədi və saxta imzanı kim düzəltdirib?
2.Saxta sənəd hansı kompyuturda, kim tərəfindən düzəldilib?
3. 9-saylı natarius, əsli olmayan saxta sənədin surətini hansı əsasa təstiq edib?
4. Nəyə görə, Xəzər RPİ-sinin müstəntiqi Ülvi Abdullayev bu saxta sənədlərə görə cinayət işi qaldırmayıb? Marağı nədir?
Məncə, kimliyindən aslı olmayaraq, cinayəti ört - basdır edənin özü də cinayətkardır!
Hörmətli Cənab Prezident, dəfələrlə bütün güc strukturlarina, DİN-ə, Respublika Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Ədliyyə Nazirliyinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etsəm də heç bir nəticə vermədi.
Sonda Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov müraciətlər etdim və iş Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə tapşırsa da, 7 aydır hansısa gözəgörünməz qüvvələr cinayətkarın tutulmasına mane olurlar..
Hörmətli Cənab Prezident, Sizə inanaraq yazib bildirirəm ki, Sizin etimadınızı qazanıb, vəzifə əldə edən bir sıra məmurlar öz vəzifələrindən sui - istifadə edərək, xalqı haqsız olaraq incidirlər. Mən “Diplomat”x9d qəzetinin baş redaktoru kimi bu qədər haqsızlıqlarla üzləşirəmsə, görəsən sadə xalq nə əziyyətlər çəkir?
Çox Hörmətli Cənab Prezident, vəzifəsindən sui - stifadə edən məmurların cəzası vaxtında verilsə, xalq sevinər və Sizə duaçı olar.
İmza:Tahir Süleyman oğlu Əliyev
10.08. 2015-ci il əlaqə tel: 0503523318, 0552027353
































































































