Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Məhəmmədəli İmaməliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Məhəmmədəli İmaməliyev 15 dekabr, 2014-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar Rəşad Məcidzadəni bıçaqla vurub. Yaralı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Məhəmmədəli İmaməliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində qətlə aparan səbəblərdən danışıb. Əli Bədəlov adlı şəxsi iki ildir ki, tanıdığını, brilikdə dönərxanada işlədiklərini göstərib:
“O vaxt bir yerdə işləyəndə aramızda bir dəfə narazılıq olmuşdu. Əli də məni “neprav”x9d çıxaracağı ilə hədələmişdi. Ertəsi gün işdən sonra 10-12 nəfər oğlanla geri qayıtdı. Oğlanlardan biri Əli ilə dönərxananın qarşısına gəldi, digərləri İran klinikasının qabağına qaldılar. Sonradan mənə məlum oldu ki, Əlinin yanındakı oğlanın adı Rəşaddır. Rəşad məni dönərxananın arxasına çağırıb Əliyə dediyim “bicbala”x9d sözünə görə iradını bildirdi, hədələdi, döydü. Rəşadgil çox olduqlarına görə qorxumdan onlara cavab vermədim. Rəşadın məni döyməsini dönərxanada işləyən Vüqar adlı oğlan da gördü. Evə gələndən sonra hadisəni atama danışdım. Atam dönərxanaya getməməyi tapşırıdı. Mən də ertəsi gündən etibarən işə getmədim”x9d. M.İmaməliyevin ifadəsinə görə, həmin hadisədən bir gün sonra atasının təklifi ilə dönərxanaya gəliblər. Atası Əlini çağırıb, oğlunu döydürdüyünə görə onu danlayıb, mehriban olmağı məsləhət görüb. Əli də iş yoldaşının atasından üzr istəyib, bir də belə iş görməyəcəyinə söz verib:
“O vaxtdan sonra Əli ilə bir neçə dəfə məhəllədə rastlaşsaq da salamlaşmamışam, ünsiyyətimiz olmayıb. Rəşadı isə həmin hadisədən sonra bir dəfə marketin qarşısında görmüşdüm. Hadisə baş verən gün binanın həyətində Əli ilə qarşılaşdım. Məni kənara çəkib nəyə görə arxasınca danışdığımı soruşdu, ünvanıma təhqiramiz sözlər işlətdi, “yaxşı oğlan”x9d olmadığımı, üzümə söyüldüyümü, ağladıldığımı dedi. Ondan məni kimin ağlatdığını soruşanda Rəşadın məni ağlatdığını, zəng edib onu çağıracağını, sonuncunun üzümə duracağını bildirdi. Əliyə yalan danışdığını, belə bir halın olmadığını söylədim. Yanımızda olan uşaqlar da barışmağı, heç bir üzləşmənin lazım olmadığını təklif etdilər. Əli isə Rəşada zəng vurub onu çağırtdırdı”x9d.
Təqsirləndirilən şəxs ifadəsində Rəşadın əvvəllər də onu döydüyünə görə qorxduğu üçün evə gedib atasını xəbərdar etmək istədiyini göstərib: “Atam işdən hələ qayıtmamışdı. Bir neçə dəqiqə gözlədim ki, bəlkə gələr. Bir neçə dəqiqədən sonra qapımız döyüldü. Əli qapıda dayanıb “aşağı düşməyən peysərdir”x9d dedi. Ona indi düşəcəyini dedim. Əligilin yanına qayıtmamağı özümə sığışdırmadım. Rəşaddan qorxduğum üçün evdən bıçaq götürdüm. Anama və bacılarıma heç nə deməyib həyətə düşdüm. Rəşad hamının yanında üzümə söyüş söydü, məni ağlatdığını dedi, üzümə şillə vurdu. Şalvarımın belində gizlətdiyim bıçağı çıxararaq Rəşada bir dəfə zərbə vurdum. Tez evə qalxıb qapını döydüm, anamgilə bıçaqla adam vurduğumu dedim. İki-üç dəqiqə keçmiş atam içəri girdi, hadisəni ona danışdım, tez həyətə düşdü. Atam yarım saatdan sonra qayıtdı, Rəşadgilin evimizə basqın edə biləcəklərindən ehtiyatlandığımız üçün qapını bağlayıb nənəmgilə getdik. Həyətdə o biri məhlənin uşaqlarından Rəşad barədə soruşanda öldüyünü dedilər. Rəşadı vurmağıma görə çox peşman idim. Nənəmgildə on dəqiqə qaldıqdan sonra özümü öldürmək üçün oradan qaçdım. Hadisə mənə çox pis təsir etmişdi, özümü dənizə atmaq istəyirdim. Bir qədər məhəllədə gəzişdim, yenidən nənəmgilə qayıtdım. Səhər tezdən atamla Yasamal Rayon Polis İdarəsinə gedib hadisəni danışdım. Onun öldürmək istəməmişdim, məqsədim özümü müdafiə etmək olub. Törətdiyim əməldən peşmanam”x9d.
Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşar Məcidov ifadəsində oğlu Rəşadın dostlarının əksəriyyətini tanıdığını, son vaxtlarsa ən çox Əli ilə dostluq etdiyini göstərib: “Əli dəfələrlə bizə gəlmişdi. Nədənsə ondan xoşum gəlmirdi. Oğluma onunla yoldaşlıq etməməyi məsləhət görmüşdüm. Rəşad öldürülənədək onun Əli ilə birlikdə kiminləsə dava etməsini eşitməmişdim. Bu barədə sonradan bilmişəm. Hadisə baş verən gün Rəşad hazırlıqdan qayıtdı, saçını qırxdırmaq üçün məndən pul alıb evdən çıxdı. Saat 21 radələrində anası Rəşadın mobil telefonuna zəng vurdu, lakin cavab verən olmadı. Təxminən bir saatdan sonra polisdən evə zəng vurub məni 29-cu polis bölməsinə çağırdılar. Evdən çıxmağa hazırlaşanda Yasamaldakı ATS-in yanına gəlməyi təklif etdilər. Ora gələndən sonra oğlumun öldürüldüyünü öyrəndim”x9d.
Məhkəmənin hökmü ilə Məhəmmədəli İmaməliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



































































































