“Azadlıq”x9d qəzetinin baş redaktoru və “Azərbaycan saatı”x9d proqramının müəllifi Qənimət Zahidin qardaşının evində axtarış aparılır.
Bu dəqiqələrdə “Azadlıq”x9da daxil olan məlumata görə, Qənimət Zahidin doğma kəndi olan Meysəridə onun qardaşlarının evində axtarış aparılır. Hazırda ev polisin əhatəsindədir.
Polisin evdə hansı əsasla axtarış apardığı hələlik məlum deyil.
Xatırladaq ki, ötən həftə Q.Zahidin iki qardaşı oğlu və əmisi oğlu həbs edilib. Q.Zahid bu həbsləri və qohumlarına qarşı həyata keçirilən digər repressiv hərəkətləri fəaliyyəti ilə əlaqələndirir.






























































































