Axar.az-a verilən məlumata görə, əməliyyat zamanı Siyəzən rayon sakini, kriminal avtoritet kimi tanınan Qafar adlı şəxs saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 qutu marixuana aşkar olunub. Qafarın “qanuni oğru”x9d dünyası ilə əlaqəsi olduğu və hazırda məhbus həyatı yaşayan Şəmi adlı avtoritetin əsas adamı hesab edildiyi bildirilir. Məlumatda deyilir ki, xüsusi əməliyyat nəticəsində Qafar Şabranın Ağbaş körpüsü yaxınlığında yaxalanıb. Qeyd edək ki, Şabran polisi davamlı olaraq narkotiklə mübarizə çərçivəsində əməliyyatlar keçirir. Rayonun polis rəisi sabiq təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanovdur.

- A-
- A
- A+
Kriminal
15:06 / 10.07.2015
Misir Mərdanovun qardaşı avtoriteti həbs etdi
Hazırda oxunan: Misir Mərdanovun qardaşı avtoriteti həbs etdi
Hazırda oxunan: Misir Mərdanovun qardaşı avtoriteti həbs etdi
85243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































