10 milyon manatla ölkədən qaçan tikinti maqnatı axtarışa verildi

10 milyon manatla ölkədən qaçan tikinti maqnatı axtarışa verildi

Hazırda oxunan: 10 milyon manatla ölkədən qaçan tikinti maqnatı axtarışa verildi

83489
Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1963-cü il təvəllüdlü Tağıyev Elman Həsənqulu oğlu Cinayət Məcəlləsinin dələduzluq (178-ci maddə), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (308-ci maddə), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq dəyişmə (319-cu maddə) və vergidən yayınmaqda (213-cü maddə) təqsirləndirilir.

Qeyd edək ki, E.Tağıyev “Birlik-İnşaat”x9d MMC və “Hayan-E”x9d MMC-nin rəhbəri olub. E.Tağıyev 210 mənzili 543 nəfərə təkrar sataraq vətəndaşlara üst-üstə 10 milyon manatdan çox ziyan vurub. E.Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb (APA).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO