Bakının Heydər Əliyev prospektində baş verən qəza nəticəsində yaralananlar əcnəbilərdir.
Bunu virtualaz.org-un hadisə yerində olan əməkdaşı bildirib.
Məlumata görə, yaralılar 1 saylı Klinik Xəstəxanaya (“Semaşko”x9d) aparılıblar.
* xa0 xa0 * xa0 xa0 xa0* 12:07
Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Ford Tranzit" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.
* xa0 xa0 * xa0 xa0 xa0* 11:37
Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, Heydər Əliyev prospekti - Əsas yolda "Bağırov körpüsü"nün yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

99411_res_01


































































































