Hacı İbrahim Nehrəmlinin yaxın qohumu özünü asdı  ”“ Müəmmalı intiharın pərdəarxası

Hacı İbrahim Nehrəmlinin yaxın qohumu özünü asdı ”“ Müəmmalı intiharın pərdəarxası

Hazırda oxunan: Hacı İbrahim Nehrəmlinin yaxın qohumu özünü asdı ”“ Müəmmalı intiharın pərdəarxası

82464
Müəmmalı intiharın pərdəarxası

Məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin yaxın qohumu intihar edib.

Moderator.az  aznews.az-a istinadən xəbər verir ki, Məzahir Cəfərov adlı həmin şəxs dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.

Məlumata görə, “Sahil D”x9d MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun-red.) yaxın silahdaşı olub, eyni zamanda qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.

Onun İbrahimov qardaşlarından birinin qaynı olduğu deyilir.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace”x9d şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO