Baş Prokurorluq Goranboydakı intiharla bağlı məlumat yaydı

Baş Prokurorluq Goranboydakı intiharla bağlı məlumat yaydı

Hazırda oxunan: Baş Prokurorluq Goranboydakı intiharla bağlı məlumat yaydı

66666
Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda deyilir:

Yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmamışdır.  Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram”x9d sözləri ilə başlayan məktub aşkar edilmişdir.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO