Həbsxanadan çıxan kişi keçmiş arvadı və qaynanasını öldürdü

Həbsxanadan çıxan kişi keçmiş arvadı və qaynanasını öldürdü

Hazırda oxunan: Həbsxanadan çıxan kişi keçmiş arvadı və qaynanasını öldürdü

35718
Sumqayıt şəhər prokurorluğu ötən gün saat 16:00 radələrində şəhərdə baş verən dəhşətli cinayət barədə məlumat yayıb. Prokurorun böyük köməkçisi Pərviz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Bəhlul Səttarzadə küçəsi, ev-42 ünvanında baş verib.
Belə ki, Zöhrab Əlibaxış oğlu Hüseynov küçmiş qaynanasının evinə gedib. Orada keçmiş arvadı Adilə Əliməmməd qızı Əliyevanı və onun anası Tehranə Akif qızı Əliyevanı öldürüb. O, qadınları bir neçə dəfə bıçaqlayıb.
Qeyd edək ki, Zöhrab Hüseynov həbsxanadan yenicə çıxıbmış. Onun keçmiş həyat yoldaşından iki azyaşlı övladı var.
Faktla bağlı şəhər prokurorluğunda cinayət işi açılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO