Bakının kriminal gündəmi

Bakının kriminal gündəmi

Hazırda oxunan: Bakının kriminal gündəmi

34901

Bakı Şəhər BPİ paytaxtda baş verən kriminal hadisələr barədə xəbər yayıb. Moderator.az həmin xəbərləri təqdim edir: 

Mayın 25-də Hövsan qəsəbəsi Çöllük küçəsi yaşayan İsrafil Baxşıyevin yaşadığı evə daxil olan üzü maskalı naməlum şəxs ev yiyəsinə xəsarət yetirərək 200 manat və mobil telefonunu alıb gedib. Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azadi Babayev tutulub.

 Oktyabrın 5-i saat 09:30 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Əsgər Məmmədovun idarə etdiyi «VAZ-2107» markalı və Əşrəf Zeynalovun idarə etdiyi «Zil» markalı avtomobillər toqquşmuş, nəticədə Ə.Məmmədov hadisə yerində ölüb.

Oktyabrın 5-i saat 21:20 radələrində Qaradağ rayonu Dairəvi yolda Sumqayıt şəhər sakini Ceyhun Hüseynov idarə etdiyi «Mercedes» markalı avtomobillə Şəki şəhər sakini Sahib Mustafayevi vurmuş və sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

 Oktyabrın 5-i saat 23:30 radələrində Yasamal rayonu Zərdabi küçəsində Bakı şəhər sakini Orxan Kərimov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Əli Ərəbxanovu vurmuş və sonuncu aldığı xəsarətdən xəstəxanada ölüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO