Bakıda sürücü yol polisini bıçaqlayıb

Bakıda sürücü yol polisini bıçaqlayıb

Hazırda oxunan: Bakıda sürücü yol polisini bıçaqlayıb

33899
 Bakı şəhərinin mərkəzində polis əməkdaşı bıçaqlanıb.

Paytaxtın Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən Moderator.az-a verilən məlumata görə, hadisə bu gün Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Rantiq Məmmədov xidmətdə olarkən adı hələlik istintaqa məlum olmayan sürücü tərəfindən bıçaqlanıb. Baş nahiyəsindən bıçaq xəsarəti alan R. Məmmədov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

 

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO