Bakıda onu zorlamaq istəyən kişini öldürən 17 yaşlı qızla bağlı  ƏDALƏTLİ QƏRAR

Bakıda onu zorlamaq istəyən kişini öldürən 17 yaşlı qızla bağlı ƏDALƏTLİ QƏRAR

Hazırda oxunan: Bakıda onu zorlamaq istəyən kişini öldürən 17 yaşlı qızla bağlı ƏDALƏTLİ QƏRAR

30832

Bakının Sabunçu rayonu ərazisində 47 yaşlı Rafiq İsmayılovu qətlə yetirən 17 yaşlı K.M.-nin məhkəməsi yekunlaşıb. İlqar Abbasovun sədrliyi ilə keçirilən məhkəmədə gənc qıza bəraət verilib. “1news.az” saytının verdiyi məlumata görə, məhkəmədə məlum olub ki, kişi yeniyetmə qızı zorlamaq istəyərkən bıçaqlanıb.

Belə ki, Rafiq İsmayılov Bakıxanov qəsəbəsində, qız yaşayan evin yaxınlığında avtodayanacaqda işləyirmiş. Onunla qızın valideynləri tanış olublar. Bir gün R.İsmayılov qızın evinə girib və valideynlərinin yatmasından istifadə edərək qızı mətbəxdə zorlamaq istəyib. K.M. mətbəx bıçağını götürərək R.İsmayılova bir neçə bıçaq zərbəsi endirib. Ağır yaralanan Rafiq İsmayılov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə müdafiə olunarkən qəsdən adam öldürmə ilə ittiham olunan 17 yaşlı qızın haqqında bəraət hökmü çıxarıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO