Xristian din xadimi 17 yaşlı qızı zorladı  - RƏZALƏT...

Xristian din xadimi 17 yaşlı qızı zorladı - RƏZALƏT...

Hazırda oxunan: Xristian din xadimi 17 yaşlı qızı zorladı - RƏZALƏT...

232857
Amerikanın Tennessi ştatında kilsələrdən birinin keşişinin 17 yaşlı ibadətgah ziyarətçisini zorlaması böyük qalmaqal yaradıb.xa0

Moderator.az yazır ki, bu haqda “New York Daily News” nəşri xəbər yayıb. Zorlama hadisəsi haqda polisə qızın qohumları xəbər verib.

Bundan sonraxa0 46 yaşlı xristian din xadimixa0 Ceyms Messer polis tərəfindən həbs edilib. Ancaq sonradan keşişi 150 min dollarlıq girov müqabilində azadlığa buraxıblar.xa0

Zərərçəkmişin polislərə nəql etdiyinə görə, o, pastorla birlikdə çaya çimməyə gedib. Lakin çay həddindən artıq çirkli olduğundan onlar kilsəyə qayıdıblar.xa0 İbadətgahdaxa0 keşiş qıza əl atmağa başlayıb, ona soyunmağı əmr edib və döşəmənin üzərində onu zorlayıb.xa0
Dindirilmə zamanı keşiş qızla cinsi əlaqədə olduğunu etiraf edib. Lakin hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini iddia edib.xa0

Ancaq Tenessi ştatının qanunlarına görə, yaşı 18-dənxa0 aşağı olan şəxslə cinsi əlaqəyə girmək, hətta onun razılığıyla olsa belə, zorlamaya bərabər bir akt kimi qiymətləndirilir.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO