Sumqayıtda Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən şəxs tutulub.
xa0
Bu haqda Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumatda bildirilib.
xa0
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından və Regional Mədəniyyət və Turizm İdarəsindən mobil telefon, qol saatı, gödəkcə, idman çantası, noutbuk və elektron kart oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Mahmudov tutulub.







































































































