Şahbaz Quliyev Bakıda aksiya keçirdi

Şahbaz Quliyev Bakıda aksiya keçirdi

Hazırda oxunan: Şahbaz Quliyev Bakıda aksiya keçirdi

177506
7 il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev bu gün aksiya keçirməyə cəhd edib. 

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb. O, əlil kimi pensiya və veteranlıq statusu ala bilmədiyini deyir. Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib. 

Ş. Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib: "Evimin qazını və işığını kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram...”

Ş. Quliyevin polis tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı iddia edilib. 

Sfera.az xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Şahbaz Quliyev polis bölməsinə dəvət olunub, onu qayğılandıran hallar və xüsusatlar dinlənilib: "Barəsində inzibati icraat və saxlanılması ilə bağlı hər hansı qərar yoxdur, sərbəst buraxılıb”.

Ş. Quliyevin etiraz aksiyasında əlillik dərəcəsi ala bilməməsi ilə bağlı səsləndirdiyi problemlərə gəlincə isə Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO