Bakıda odlu silahla qətl törədən şəxs tutuldu: Mərhumun yaxın qohumu imiş

Bakıda odlu silahla qətl törədən şəxs tutuldu: Mərhumun yaxın qohumu imiş

Hazırda oxunan: Bakıda odlu silahla qətl törədən şəxs tutuldu: Mərhumun yaxın qohumu imiş

164990
Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb. 

Bu barədə Sfera.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs "isti izlərlə” yaxalanıb. 

Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur. 

T.Qurbanov istintaqa təhvil verilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO