FTB agenti “gizli məlumat”x9d verdiyinə görə həbs olundu

FTB agenti “gizli məlumat”x9d verdiyinə görə həbs olundu

Hazırda oxunan: FTB agenti “gizli məlumat”x9d verdiyinə görə həbs olundu

146566
Moderator.az xəbər verir ki, ABŞ-ın New York şəhərində vəzifə yerinə yetirən bir Federal Təhqiqat Bürosu (FBI) agenti, ölkəsinə aid həssas məlumatları Çinə vermək günahından  həbs olunub.

FBI-də texniki işlərə baxan  və "həssas və gizli məlumata çıxış" mövzusunda vəzifəli,  əsl adı Kun Şan Çun olan Joey Çun, Çinə həssas məlumatları verməyinə görə günahlandırılıb.

İki federal prokurorun və iki Ədliyyə Nazirliyi Xarici-Kəşfiyyat və İxracat Nəzarət Bölümü vəkilinin təsdiqindən keçən günahlandırmaya  görə, 1969-cu ildə  Çində doğulan  və 1997-ci ildən bu yana FBI-də işləyən  Çin əslli Çun, aralarında Çin dövlət səlahiyyətlilərinin də olduğu bəzi kəslərlə və firmalarla təmas qurub.  Çun, FBI-ya bu mövzularda səhv məlumat verib.

Haqqındakı ittihamları qəbul edən Çun, Manhattandakı ABŞ məhkəməsində həbs olunub.

Qeyd edək ki, Çunun işlədiyi cinayətin 10 ilə yaxın həbs cəzası var.

Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO