Bir ailəni məhv edən yanğın qəsdən törədilib? - VİDEO

Bir ailəni məhv edən yanğın qəsdən törədilib? - VİDEO

Hazırda oxunan: Bir ailəni məhv edən yanğın qəsdən törədilib? - VİDEO

144302
Gecə saatlarında Sabirabadda baş verən yanğın, ana və onun iki azyaşlı övladının ölümünə səbəb olub.

Hadisə rayonun Zəngənə kəndində, 32 yaşlı Elmin Nağıyevə məxsus fərdi yaşayış evində baş verib.

Yanğın nəticəsində sahəsi 230 kvadratmetr olan yaşayış evi külə dönüb.

Hadisə zamanı ev sahibinin həyat yoldaşı 27 yaşlı Şəbnəm Nağıyeva, övladları 12 yaşlı  Ceyhun Nağıyev və qardaşı 11 yaşlı Xəyal Nağıyev vəfat ediblər. 

Ev sahibi Elmin Nağıyevin dayısı Kamil Babayev iddia edir ki, sözügedən hadisə qəsdən törədilib:

"Mən gələndə artıq evin divarları uçmuşdu. Gecə saat 3-də işıqlar sönülü olub. Evdə isə qaz olmayıb. Nədən yana bilər?”.

Məlumat üçün bildirək ki, Elmin Nağıyev Rusiyanın Rostov şəhərinə işləməyə gedib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO