Gəncə şəhəri, İsgəndər Orucov küçəsi, ev 8 ünvanında yaşayan YAP üzvü, 76 yaşlı ağsaqqal fermer Rzayev Akif Nağı oğlu Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı müraciət edib.
Müraciətdə Göygöl rayon prokurorunun və rayon Polis Şöbəsinin bəzi əməkdaşlarının qanunsuz hərəkətlərindən bəhs olunur.
Onu da deyək ki, şikayət ərizəsində Göygöl rayon prokuroru Rauf Məmmədəliyevin qanunsuz hərəkətləri barədə elə ilginc faktlar sadalanırdı ki, biz jurnalist olaraq rayona ezam edilərək faktları yerindəcə araşdırmaq qərarına gəldik”¦ Lakin çox təəssüflə qeyd etməliyik ki, bütün faktları araşdırıb şikayətçini, polis əməkdaşlarını və digər rəsmiləri dinlədikdən sonra yol verilmiş ciddi prosessual qanun pozuntularının səbəbləri barədə Göygöl rayon prokuroru Rauf Məmmədəliyevdən bircə suala cavab almaq istədikdə, o, «Baş Prokurorluğun Mətbuat Xidmətinə müraciət edin!» hikkəsi ilə saymazlıq nümayiş etdirzhzr, açıqlama və ya mövqe bildirməkdən faktiki boyun qaçırdı”¦
Beləliklə, şikayətçi, YAP üzvü, fermer Akif Rzayevin şikayət məktubundan:
«Hörmətli cənab Prezident!
Hörmətli cənab baş prokuror!
Hörmətli cənab nazir!
Bildirirəm ki, bir müddət əvvəl oğlum Ceyhun Rzayev Samux rayonunun Karyeri qəsəbəsində üç nəfərin şahidliyi ilə mal-qoyun saxlayan Əhmədov Rahim Məmmədəli oğlundan şəxsi məqsədləri üçün 1750 manat borc pul almışdır. Lakin bundan bir müddət sonra oğlum Azərbaycanda olmadığına görə həmin pulun bir hissəsi bir qədər gec qaytarıldığı üçün Rahim Əhmədov ondan pulun verildiyi ərazi üzrə Samux rayonuna deyil, səhvən Göygöl rayon Polis Şöbəsinə şikayət etmişdir. Halbuki oğlum Ceyhun Rzayev Rahib Əhmədovla çox yaxın dost olublar. Samux rayonu ərazisindəki dəmir yolun altında R.Əhmədovun qoyun saxladığı qış yatağına oğlum Rzayev Ceyhun və onların dostları Məmmədov Möhsüm Alim oğlu, İbrahimov Samir Namiq oğlu, Məmmədov Seymur Süleyman oğlu tez-tez gəlirmişlər. Çünki onların atları həmin yataqda saxlanılırdı. Oğlum Rzayev Ceyhun 1750 manat pulu borc olaraq Rahib Əhmədovdan məhz həmin şəxslərin yanında almışdır. Həmin pul vaxtında qaytarılmadığına görə Rahib mənə zəng edərək, bildirdi ki, oğlum Ceyhun ondan borc aldığı pulu geri qaytarmır və zənglərimə də cavab vermir. Mən Rahibə oğlum Ceyhunun Azərbaycanda olmadığını, özümün isə infarkt keçirdiyimi və xəstə yatdığımı söylədim. Çonra da dedim ki, sağalıb ayağa qalxan kimi pulunu şəxsən özüm verəcəyəm, Allaha şükür, buna imkanım çatır, sən ki bilirsən”¦
Xəstəliyim uzun çəkdiyinə görə həmin pulu bir qədər gecikdirdim. Bu səbəbdən də Rahib Əhmədov Göygöl rayon Polis Şöbəsinə hövsələsizlik edərək şikayət edir. Və bizim ailə ilə, yəni oğlanlarım Seymur və Ceyhunla uzun müddətdir şəxsi ədavətləri olan, onları həbs etmək üçün dəridən-qabıqdan çıxan Göygöl rayon Polis Şöbəsinin bir neçə əməkdaşı Rahim Əhmədova məsləhət görür ki, düzdü, ərizə aidiyyəti üzrə deyil, bununla belə, fürsətdir, amma şikayət ərizəsində, həmin pulu oğluma borc kimi yox, guya sosial fonddan yardım alması üçün rüşvət kimi ona verdiyini yazsın. Halbuki oğlum heç bir fondda işləmir, belə işlərdən uzaqdır.
Sonra da yalançı şahidlər tutaraq, oğlumun əleyhinə izahatlar alıblar. Halbuki həmin şahidlər mənim oğlumu tanımırlar. Əsl şahidlər isə kənarda qalıb . Onlar ümumiyyətlə şöbəyə çağırılıb izahatları belə alınmadı. Onu da qeyd edim ki, həmin ərəfədə mən oğlumun Əhmədov Rahim Məmmədəli oğlundan aldığı 1750 manat borc pulu geri qaytarandan sonra bundan xəbər tutmuşam və o, sonradan Göygöl rayon Polis Şöbəsinə və prokurorluğa ərizə ilə müraciət edərək, pulunu geri aldığını və oğlumdan şikayətçi olmadığını bildirib. Bu zaman Göygöl rayon prokuroru Rauf Məmmədəliyev, təkrar edirəm, bu rayona qətiyyən aidiyyəti olmayan şikayətçiyə hədə-qorxu gələrək, şikayəti geri götürməməsini təkidlə tapşırıır. Hətta deyir ki, «Eşit, Ceyhunun atası fermerdir, çoxlu mal-qaraları, pulu var, sən şikayətini geri götürmə, qoy pulunu artıqlaması ilə alaq, əks təqdirdə, sənin özünü tutub içəri salarıq”¦Â».
Bu barədə şikayətçinin məndə etiraflı məktubu da var”¦ Bir müddətdən sonra Göygöl rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin polis əməkdaşı Əflatun müəllim mənimlə telefon əlaqəsi saxladı. O, mənə dedi ki, bu işi yoluna qoymaq üçün görüşüb söhbət etmək lazımdır. Bundan sonra o, evimizə gəldi. Mənimlə söhbət zamanı bu işi «bağlaya biləcəyini» söylədi. Mən Əflatun müəllimə dedim ki, əvvəla, bu mülki məsələdir, borc alınıb və qaytarılıb”¦ İkincisi, axı bunun sizin rayona nə aidiyyəti var? Üçüncüsü, bizim heç bir günahımız yoxdur, mən özüm zəhmət adamıyam, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə fermer təsərrüfatı yaradıb alın təri ilə heyvandarlıqla məşğul olub ailəmi dolandırıram, dövlətimizin ərzaq proqramında iştirak edirəm. İndi oğlum həbs olunmalıdır ki, şərə düşmüşük? Əflatun müəllim bu cavabımdan narazı gedəndən sonra Göygöl rayon prokuroru Rauf Məmmədəliyev oğlumun barəsində qanunsuz şəkildə cinayət işi açaraq, axtarış elan edib. Bu günlərdə isə özlərini Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edənlər bacımın evində qanunsuz olaraq əməliyyat keçiriblər. Bacım oğlu və digər iki nəfər həbs edilərək, məcburi şəkildə maşına mindiriliblər. Həbs edilənlərin adları soruşulduqda, birinin adının Seymur, o birinin Elçin, digərinin isə Abbasov Habil olduğu məlum olub. Belə olanda, həmin adamlar azad ediliblər və onlara tapşırılıb ki, Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə gəlsinlər. Onlar Nizami rayon Polis Şöbəsində olanda isə onlara nə əməliyyat keçirdiklərini, nə də onları çağırmadıqlarını bildiriblər. Halbuki bacım Nizami rayonunda deyil, Kəpəz rayonunda yaşayır. Əməliyyat keçirən polis əməkdaşlarının maşınlarının nömrələrini deyəndə (bizə məlumdur), əməliyyat keçirənlərin Göygöl rayon Polis Şöbəsinin əməkdaşları olduğu məlum olub.
Hörmətli cənab Prezident!
Hörmətli baş prokuror!
Hörmətli cənab nazir!
Məsələ ondadır ki, oğlum Ceyhun Rahim Əhmədovdan 1750 manat borc pulu Samux rayonunun Karayeri qəsəbəsində alıb. Axı bunun Göygöl rayon Polis Şöbəsinə nə aidiyyəti var? İkincisi də, oğlum həmin pulu qaytarıb və Əhmədov Rahim Məmmədəli oğlu şikayətçi olmadığı halda (pulun qaytarıldığı barədə ərizə də yazıb), Göygöl rayon Polis Şöbəsi və prokurorluğu ona məcbur edir ki, oğlumdan şikayətçi olsun, çünki mənim qoyun-quzum var, satıb onlara verim.
Göygöl rayon Polis Şöbəsinə, prokurorluğa dəfələrlə müraciət etmişik, hadisənin Göygöl rayon Polis Şöbəsinə aidiyyəti və ortada şikayətçi olmadığı halda, məsələnin indiyədək heç bir müsbət nəticəsi yoxdur.
Odur ki, sizlərə müraciət etmək qərarına gəldim.
Sizdən xahiş edirəm, üzləşdiyimiz haqsızlığın arxasında dayanan vəzifəli şəxslərin cəzalandırılması üçün köməklik göstərəsiniz».
***
Yuxarıda qeyd edildiyi kimi, A.Rzayev şikayətinin yerində və obyektiv araşdırılması üçün əməkdaşımızı rayona dəvət etdi. Bu məqsədlə əməkdaşımız Gəncə şəhərində olub”¦ Əməkdaşımız şikayətçi A.Rzayevlə, müraciətdə adı keçən digər keçmiş şikayətçi Rahib Əhmədovla görüşüb, məsələni bir daha onların öz dillərindən eşidib, müsahibələrini alıb.
Bundan sonra əməkdaşımız Göygöl rayon Polis Şöbəsində və prokurorluğunda da olub. Bu barədə geniş məlumatı növbəti yazımızda oxuya bilərsiniz.
- Rzayev Ceyhun Akif oğlu barəsində Göygöl rayon Polis Şöbəsində ləğv olunan istintaq işi Göygöl rayon prokurorluğunda niyə yenidən qaldırılıb?
- Göygöl rayon Polis Şöbəsinin baş müstəntiqi İlqar Əhədov Rahim Əhmədovdan 800 manatı niyə tələb edir?
- Rzayev Ceyhun Akif oğlu barəsində Göygöl rayon Prokurorluğunda açılan cinayət işi niyə qəflətən Samux rayonuna göndərilir?
(Davamı var)
“Təzadlar”x9d





































































































