Salyanda kriminal avtoritet dəstəsi tutuldu

Salyanda kriminal avtoritet dəstəsi tutuldu

Hazırda oxunan: Salyanda kriminal avtoritet dəstəsi tutuldu

135343
Salyanda kriminal dəstənin üzvləri saxlanılıb.

Özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gəlməklə, ondan 15 min manat alan Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca”x9d ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (bir müddət əvvəl həbs olunan kriminal avtoritet “Tağı Salyanski”x9dnin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza”x9d ləqəbli kriminal avtoritet) həbs edilib.xa0

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO