Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, yüksək çinli keçmiş MTN zabiti İlham İsmayıl Moderator.az-ın quldurbaşı Eldar Mahmudovun tükürpədici əməllərindən bəhs edən "Bir təmtərağın sirri: “Globus”x9d ticarət mərkəzi necə ərsəyə gəlib?" adlandırılan araşdırmasına (həmin araşdırma ilə bu linkdən tanış ola bilərsiniz---moderator.az/news/131085.html) maraqlı şərh yazıb göndərib:

"Bir təmtərağınmı? "Qlobus" hansı formadadırsa Eldar Mahmudovun "Qlobus"larını fırladarsan, fırladarsan bitməz, tükənməz. Hər bir "Qlobus"un da arxasında indi yazdığınız "sirlər" toplusu dayanıb və hər bir sirrin də arxasında Vüqar Ağayevlərin taleləri. Bəs Vüqar Ağayev kimi canını götürüb qaça bilməyən "Vüqarlar"? Bu gün Azərbaycan jurnalistikası mənasız "sensasiyalar", ikrah doğuran "şok xəbərlər" ardınca deyil, elə Eldar Mahmudov və komandasının cinayətlərini, əməllərini Sizin kimi araşdırsalar əsl "şok" effekti verən məlumat sarıdan korluq çəkməzlər. İllərə bəs edən araşdırma hədəfləri bu istiqamətdə nə qədər desəniz var.
Sual doğuran başqa məsələdir. 11 il 3 ay ərzində bu boyda qışqırtını, hay - küyü eşitmədilərmi? Bu illər ərzində "Qlobus" və qlobuskimilərini görmədilərmi? Yoxsa eşitdilər də, gördülər də, amma lal oldular. Niyə? Bəlkə də bu niyənin cavabı açar rolunu oynayır. İkinci sual "niyə"nin cavabından da aktualdır. Jurnalistlər fırlatsınlar "Qlobus"u, yəni araşdırsınlar - Eldar Mahmudovun sirri açılan bu "sirli qlobuslar" indi kimindir? Dövlətinmi, yoxsa ..."
































































































