“Moskva”x9d univermağındakı 210 min manatlıq oğurluqla bağlı rəsmi açıqlama

“Moskva”x9d univermağındakı 210 min manatlıq oğurluqla bağlı rəsmi açıqlama

Hazırda oxunan: “Moskva”x9d univermağındakı 210 min manatlıq oğurluqla bağlı rəsmi açıqlama

129473
Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında fəaliyyət göstərən "Moskva" univermağından qızıl-zinət əşyalarının oğurlanması hadisəsinin bəzi təfərrüatları məlum olub.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə deyib ki, oğurluq hadisəsi univermaqdakı mağazalardan birində qeydə alınıb: "Belə ki, martın 30-na keçən gecə "Moskva" univermağının içərisindəki mağazalardan birindən ilkin qiymətləndirməyə əsasən təqribən 210 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb".

E.Zahidov qeyd edib ki, oğurluq hadisəsi zamanı univermağın qapısı sındırılmayıb: "Belə bir ehtimal var ki, oğru axşamdan, univermaq fəaliyyətdə olandan içəridə qalıb, səhər univermaq açılandan sonra isə ərazini tərk edib. Univermaqda onlarla mağaza var və həmin mağazaların əksəriyyətinin Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqaviləsi var. Müqaviləyə uyğun olaraq, həmin mağazalar canlı qüvvə ilə deyil, müasir standartlara cavab verən siqnalizasiya sistemi ilə qorunur. Lakin qızıl-zinət əşyalarının oğurlandığı mağazanın Baş Mühafizə İdarəsi ilə heç bir müqaviləsi yoxdur və ona görə də həmin mağazanın mühafizəsi İdarə tərəfindən təşkil olunmur".

DİN-in mətbuat xidmətinin rəis müavini bildirib ki, faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində cinayət işi qaldırılıb, cinayəti törədənin və ya törədənlərin müəyyən edilərək yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO