Dünən axşam saatlarında Neftçala şəhərindəki H.Cavid parkında xidməti vəzifəsini yerinə yetirən Neftçala Rayon Polis Şöbəsi post-patrul xidmətinin əməkdaşı Nicat Nağıyev bıçaqlanıb.
Moderator.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, əvvəllər məhkum olunmuş Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Həsənovla 1971-ci ildə anadan olmuş Amil Hüseynovun sərxoş vəziyyətdə dalaşdığını görən PPX əməkdaşları onlara yaxınlaşaraq sakitləşdirməyə çalışıblar.
Bu zaman Zaur Həsənov üzərində olan bıçaqla polislərdən birinə 2 zərbə vurub. Çiynindən və qıçından xəsarətlər alan 1985-ci il təvəllüdlü polis serjantı Nicat Nağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətmiş Zaur Həsənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Neftçala Rayon Prokrorluğunda cinayət işi qaldırılıb.
































































































