Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

Hazırda oxunan: Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

121011
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş üç nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazma kənd sakini A.Xəlilov, şəhər sakinləri Ş.Əhmədova və onunla eyni ünvanda yaşayan T.Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb.

Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkar olunub. Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO