Əli Abbasov Misir Mərdanovun təqdimatının güdazına gedib...

Əli Abbasov Misir Mərdanovun təqdimatının güdazına gedib...

Hazırda oxunan: Əli Abbasov Misir Mərdanovun təqdimatının güdazına gedib...

120787
Işdən azad olunduqdan sonra “qeybə çəkilmiş”x9d keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı Moderator.az - a ilginc məlumat daxil olub.

Belə ki, adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, xoşniyyətlilik illər sonra Əli Abbasova baha başa gəlib və nazirliyin həbsdə olan aparat rəhbəri, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan Vidadi Zeynalova göstərilən aşırı səxavət sonda bumeranq effekti ilə Əli Abbasovun nəinki karyerasının, bütün bioqrarfiyasının üstündən xətt çəkib və hətta onun bütün bu olaylardan sonra həbsdən qurtulmasının özü də taleyin ona lütfkarlığı hesab oluna bilər”¦


Bəs Əli Abbasov harada səhv buraxıb ki, belə bir acınacaqlı aqibətlə üzləşməli olub? Sən demə, keçmiş nazir heç Vidadi Zeynalovu tanımırmış və keçmiş aparat rəhbərini vaxtilə ona təqdim edən keçmiş təhsil naziri Misir Mərdonov olub. O vaxtlar Dövlət İqtisad Universitetinin rektoru olan Əli Abbasova prorektor təqdimatının da Misir Mərdanov tərəfindən irəli sürülməsi məsələnin maraqlı tərəflərindən biri olub. Təbii ki, universitetə prorektor təyinatı məhz nazirin razılığı olmadan mümkün olmazdı və Misir Mərdanov sonradan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparat rəhbərinin müavini statusuna yiyələn qardaşı İlham Mərdanovun xahişi ilə Vidadi Zeynalovu Əli Abbasovun rektor olduğu təhsil ocağına prorektor təyin etdirib. Vidadi Zeynalov da vaxtilə Bakı Baş Maliyyə İdarəsinin rəisi olduğu dönəmlərdə mənimsədiyi “bacarağı”x9dndan yararlanaraq Əli Abbasovun sədaqətli adamı olacaq qədər etibar qazanmağa nail olub. Sonradan iş elə gətirib ki, nazir postuna yiyələnən Əli Abbasov Misir Mərdanovun təqdim etdiyi “zirək, əldən isti”x9d, daşdan pul çıxarmağı bacaran prorektoru da özüylə nazirliyə gətirib aparat rəhbəri kimi mühüm posta əyləşdirib. 


Amma sadəlöhv nazirin ağlının ucundan da keçməyib ki, işçisinin bu zirəkliyi ona baha oturacaq və günlərin bir günündə 12 ballıq zəlzələ effekti ilə həyatını alt-üst edəcək”¦

Əlbəttə, Misir Mərdanov bu iddialarla razılaşmaya da bilər. Amma əlahəzrət fakt bəzən kərə yağı qədər sürüşkən olsa da, qəza üz döndərəndə kal armud effekti də verə bilir və o özü də bilmədən Vidadi Zeynalovu Əli Abbasovun yanına pərçim etməklə əslində çox böyük qəbahət etdiyini etiraf etməyə məhkumdur. Təbii ki, bunu etməyə və daş atıb başını da tuta bilər. Amma hökumətdə nazir həmkarlarının bir çoxundan fərqli olaraq kifayət qədər müsbət imic qazanmış, kimsəyə pislik etmək əlindən gəlməyən Əli Abbasovun üzləşdiyi bu aqibətə görə o da günahkardır”¦

Yeri gəlmişkən, Moderator.az-a daxil olan məlumatda o da deyilirdi ki, bir neçə il öncə prezident İlham Əliyevin sərəncamı ilə ölkənin ümumtəhsil məktəbələrinin informasiya texnologiyaları ilə təminatı üçün sərəncamla ayırdığı 30 milyon manat vəsaitin də “şəffaf şəkildə, qəpiyinəcən təyinatı üzrə xərclənməsi”x9dnə də o vaxtkı təhsil naziri Misir Mərdanovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov rəhbərlik ediblər. Bu rəhbərlikdən də ölkənin ümumthsil məktəblərinə həmin vəsaitdən nə qədərinin çatmasını da yəqin ki, hüquq-mühafizə orqanları yoxlamamış deyillər. Heç adamın inanmağı gəlmir ki, ordan bir manat da olsa dövlət vəsaitinin mənimsənildiyi üzə çıxarıla. Axı Vidadi Zeynalov hələ maliyyə idarəsində işləyərkən pulu zərgər dəqiqliklə silmək üzrə xüsusi testlərdən keçib...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO