40 min qutu “Belamor”x9d, 3 min qutu “Prima”x9d və “Tambovski vojak”x9d siqaretləri müsadirə edilib.
Rusiyanın Leninqrad vilayətinin prokuroru Stanislav İvanov “Yablonovka”x9d həbsxanasında gizli siqaret sexi aşkarlanmasından qəzəblənib.
Oxu.Az “47news.ru”x9dya istinadən xəbər verir ki, gizli sexin xammalı - tütün Azərbaycandan gedirmiş.
Yanvar ayının 29-da koloniyaya desantlar gəlib. Sexin ərazisi min kvadratmetrə yaxın olub, orada “Belomorkanal”x9d siqaretinin istehsalı üçün 10, “Prima”x9d siqaretinin istehsalı üçün 5 dəzgah olub. İşçilər isə, təbii ki, həbsxana sakinləri, yəni dustaqlar idi.
40 min qutu “Belamor”x9d, 3 min qutu “Prima”x9d və “Tambovski vojak”x9d siqaretləri müsadirə edilib.
Bundan başqa, 8 min saxta aksiz markası aşkar edilib. Siqaretlər üçün qablaşdırmaların həbsxanaya Veliki Novqoroddan, tütün isə Azərbaycandan gətirildiyi müəyyənləşdirilib. Yoxlama ilə İstintaq Komitəsi məşğul olur.



























































































