Gəncədən Moderator.az - a qəribə məzmunlu bir məktub daxil olub. Belə ki, məktub ancaq suallardan ibarətdir və təklif edilir ki, sayt əməkdaşları da bu sualların izi ilə baş verən pozuntuları araşdırmaq, himayədarların kimliyinə bir daha aydınlıq gətirmək, büdcədən yayındırılan vəsaitin təxmini həcmini müəyyənləşdirmək üçün Gəncəyə gəlsinlər. Eyni zamanda bu sualların bir çoxunun cavabını tezliklə bizə göndəriləcəyi də vəd edilir:
"Gəncə şəhər Nəriman Nərimanov dairəsinin yanından Moskvaya işləyən daşınma sənədi olmayan və vergidən yayınan " Mersedes-Benz" Sprinter marşrut avtobuslarına krişalıq edənlər kimdir? Və hətta oradan Goranboy, Naftalan rayonlarına, eyni zamanda Ağcakənd qəsəbəsinəə reyslər açıb islədən kimlərdir? Görəsən həmin dairədə qeyri - qanunu işləyən Spirinterləri qanunsuz olaraq orada dayanaıb sərnişin yığmağa görə kimləri görürlər? Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev az qala hər iclasda Gəncə Nəqliyyat Depatamentinin rəisi Xanoğlan Qasımova danlasa da niyə nəticə çıxarılmayıb?
Gəncə şəhərindən Rusyanın bir çox vilayətinə qanunsuz olaraq beynəlxalq sərnişindaşıma ilə məşğul olanlar Dəmiryolu vağzalının qarşısından və Mərkəzi Unvermağının yanındakı "Zabitlər evi"nin qabağından heç bir müvafiq sənədləri olmadan kimlərəsə arxayın olub külli miqdarda vergidən yayınmalarına niyə
bu günədək göz yumulur?"





























































































