"Əvvəlcə uşağın əl-qolunu bağladıq..." - VİDEO

Hazırda oxunan: "Əvvəlcə uşağın əl-qolunu bağladıq..." - VİDEO

105058
"Qızılı öz yoldaşımız götürüb qaçdı"

Şəmkirdə oğurluq, Gədəbəydə quldurluq törətdilər.

Şəmkir polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Sonradan məlum olub ki, onlar qrup halında Gədəbəy sakinlərinə qarşı quldurluq da ediblər. Həmin şəxslər quldurluq yolu əldə etdikləri nağd pulu öz aralarında ata malı kimi bölüblər. Qızıl-zinət əşylarını isə qrup üzvlərindən biri - “oğrudan oğruya halaldır”x9d - deyərək özünə götürüb. 

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Könül Şəmmədovaya məxsus mənzildən xeyli miqdarda qiymətli əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - 31 yaşlı Ramil Haqverdiyev və 21 yaşlı Firdovsi Kərimov saxlanılıb. Sonradan istintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslər tanışları - Şəmkir sakini 32 yaşlı Aydın Rüstəmov, Gədəbəy sakini 40 yaşlı Arzu Əliyev və hələlik adı istintaqa məlum olmayan şəxslə birlikdə Gədəbəy rayonunun Slavyanka kəndində quldurluq hadisəsi də törədiblər.

Ramil Mustafayev - Şəmkir rayon Polis Şöbəsinin rəis müavini: “Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan Rüstəmov Mikayıl oğlunun yaşadığı ünvana maskalı halda qanunsuz daxil olaraq oradan 4300 manat və 300 ABŞ dolları, eləcə də xeyli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə əldə ediblər. Həmin şəxslər tərəfimizdən saxlanılaraq istintaq orqanlarına təhvil verilib”x9d.

Zakir Rüstəmovun evinə gecə saatlarında daxil olan maskalı şəxslər Rüstəmovun gəlini və nəvəsinin əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra isə onları bıçaqla hədələyərək pul və qiymətli əşyaların yerini deməyi tələb ediblər. Bu üsulla evdən xeyli miqdarda nağd pul və qızıl-zinət əşyalarını götürən dəstə üzvləri daha  sonra  ərazidən uzaqlaşıblar.

Firdovsi Kərimov - saxlanılan şəxs: “Mağazadan corab, sonra isə aptekdən əlcək götürüb Gədəbəyə getdik. Sonra maşınla həmin ünvana çatdıq. 3 məhlə keçəndən sonra ot bağlmasının arxasında gizləndik”x9d.

Aydın Rüstəmov - saxlanılan şəxs: “Məhlə qapısından içəri daxil olduq. Əvvəlcə uşağın əl-qolunu bağladıq. Sonra mən qaldım uşağın yanında, onlar böyüklər olan otağa getdilər. Sonra isə hər şeyi ”“ pulu, qızılı götürüb çıxdıq. 3700 manat pul sayıldı gözümün qabağında, qızılın nə qədər olduğunu görmədim. Bir ədəd də qızıl saat gördüm. Başımızda maska, əlimizdə də əlcək”x9d.

Əldə etdikləri pulu dərhal öz aralarında bölən maskalı şəxlər qızıl-zinət əşyalarını satmaq üçün dəstə üzvlərindən birinə veriblər. Həmin şəxs isə quldur dostlarına xəyanət edərək aradan çıxıb.  

Ramil Haqverdiyev- saxlanılan şəxs: “Evə girdik, qızıl və pul götürüdük. Pulu böldük. Qızılı isə bir nəfər bizim əlimizdən götürüb qaçırdı. Öz yoldaşımız apardı”x9d.

Arzu Əliyev - saxlanılan şəxs: “Pulu götürəndən sonra böldük, hərəmizə 700 manat pul düşdü. Bir yerdə evə daxil olub, quldurluq etmişik”x9d.

Cinayətkar dəstənin qızılları götürüb aradan çıxan üzvünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların digər şəhər və rayonlarda da anoloji cinayət hadisələri törətdikləri istisna edilmir.  (Region TV)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO