Xaricdən benzin idxalımızın artmasına SƏBƏB – İstehsalın azalması, yoxsa...

Xaricdən benzin idxalımızın artmasına SƏBƏB – İstehsalın azalması, yoxsa...

Hazırda oxunan: Xaricdən benzin idxalımızın artmasına SƏBƏB – İstehsalın azalması, yoxsa...

99968

Son zamanlar Azərbaycan xaricdən benzin idxalını xeyli artırıb. Belə ki, ölkəmizin Belarusdan aldığı “Aİ-98" benzinin alışını 3,3 dəfəyə qədər artıb. Bundan başqa, "Aİ-92"nin idxalı 40 dəfəyədək çoxalıb.

Həmçinin, Türkmənistandan Azərbaycana "Premium" benzinin idxalı da kəskin artıb.

Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban düşünür ki, Azərbaycanın sözügedən benzin markları üzrə idxalı artırması həmin məhsullara tələbatın yüksəlməsilə bağlıdır:

“Əvəzində ölkədə keçən illə müqayisədə Aİ-95 markalı benzinin istehlakı azalıb. Bu da sırf alıcının həmin benzinin qiymətinə əlçatanlı olması faktorundan qaynaqlanır. Qiymət 2 manat olan kimi həmin qiymətin əlçatan olmadığı sürücülər arasında Aİ-92 benzinə tələbat artır.
Ötən il Azərbaycan zavod təmirə dayananda qısa müddətə benzinin idxalını həyata keçirdi. İndi isə Heydər Əliyev adına Neftayırma Zavodunun istehsal etdiyi yanacağın həcmi daxili bazarın tələbatını ödəmədiyindən idxal prosesi mütəmadi xarakter alıb”.

Ekspert qeyd edir ki, Azərbaycan artıq tək yüksək oktanlı deyil, həm də aşağı oktanlı benzinin idxalçısına çevrilib:

“Keçən il ölkəyə 90 minə yaxın avtomobil gətirilib. Bu ilin 9 ayı ərzində isə 56 minə yaxın avtomobil gətirilib. Həmin rəqəmin ilin sonuna qədər 70 minə çatacağı gözlənilir. Hansı ki, onların da böyük əksəriyyəti Aİ-92 benzinilə işləyir.
Belə vəziyyətdə neftayırma zavodunda moderizasiya işləri başa çatmadığından Azərbaycan da idxalı artırmaq məcburiyyətində qalıb.  Azərbaycan 2014-cü ildən bəri yanacaq idxalına 1 milyard dollardan artıq vəsait sərf edib. Qaradağdakı zavod 2015-ci ildə tikilib istifadəyə verilsəydi, bu idxala da ehtiyacımız olmayacaqdı”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO