“Şahdəniz” qazının ixracı 20%-dək artıb

“Şahdəniz” qazının ixracı 20%-dək artıb

Hazırda oxunan: “Şahdəniz” qazının ixracı 20%-dək artıb

99683

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 506,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,1% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 53,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsi ilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 15 203,3 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,6%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qazın nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO