Hindistan Çin tətbiqlərini niyə bağlayıb? – ARAŞDIRMA

Hindistan Çin tətbiqlərini niyə bağlayıb? – ARAŞDIRMA

Hazırda oxunan: Hindistan Çin tətbiqlərini niyə bağlayıb? – ARAŞDIRMA

9904

Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi "TikTok” da daxil olmaqla Çinin 59 tətbiqetməsinin ölkədə istifadəsinə həmişəlik qadağa qoyub. 

Bu haqda Hindistanın “Times of İndia” adlı qəzetində məlumat yayılıb. 

Məsələnin dəqiqliyini yoxlamaq üçün Hindistan Təhsil Nazirliyinin əməkdaşı Vişnu Kalsmenlə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Hindistan Çinlə müharibə vəziyyətindədir, buna görə də ölkədə Çinin aplikasiyaları bağlanıb:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya “rəqəmsal diktatura”ya qarşı çıxdı


“Biz artıq Çinin tətbiqlərini istifadə edə bilmirik. Bu addım ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçündür”.

Məsələni aydınlaşdırmaq üçün ekspertə müraciət etdik. 

Öz tətbiqi ilə dünyada tanınan Orxan Rzayev Hindistanın bu addımı ilə ölkə əhalisinin datalarını qoruduğunu bildirib. 

“Hindistan hələ keçən ilin yayında 200-ə qədər Çin aplikasiyalarını bağlayıb. Buna səbəb Hindistan və Çin arasındakı gərginlik olub.

Rəsmi Dehli bunu ölkəsinə qarşı təhlükəsizliklə əlaqələndirmişdi”, deyə o, qeyd edib:

“TikTok başda olmaqla Çinin 59 aplikasiyası bağlanıb. Bu, başadüşüləndir. Son günlər  “Whatsapp”la bağlı yaranan qlobal gərginlik buna nümunədir ki, artıq hər bir dövlət öz vətəndaşlarının informasiya təhlükəsizliyini siğortalamaq üçün istifadəçi datalarından ehtiyyatla davranmağı düşünür. İstər Hindistanın, istərsə də digər ölkələrin bu addımı anlayırıq”. 

Ekspert Çinin bu addımı illərdir atdığını bildirib. 

“Əslində bunu uğurlu saymaq olar. Çin başqa ölkələrin platformalarını qadağan edərək, öz platformalarını yaradıb. Təbii ki, bu, çıxış yollarından biridir. Rusiya, İran kimi ölkələrdə buna bənzər nümunələr görürük ki, qlobal platformaların həmin ölkənin datalarını götürməsinə maneçilik yaradırlar. Hindistanda da həmin məsələdir. Onlar öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb”, deyə o, fikrini tamamlayıb.

Son dövrlər əsasən ölkələr arasında informasiya müharibəsi gedir.

Kim nə qədər informasiyaya sahibdirsə, o qədər də güclü saylılır. Azərbaycan da bu sahədə öz addımlarını atmalıdır. 

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO