Pərviz Şahbazov Aleksandr Novakla neft-qaz üzrə enerji əməkdaşlığından danışıb

Pərviz Şahbazov Aleksandr Novakla neft-qaz üzrə enerji əməkdaşlığından danışıb

Hazırda oxunan: Pərviz Şahbazov Aleksandr Novakla neft-qaz üzrə enerji əməkdaşlığından danışıb

98959

Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. 

Məlumata görə, iki ölkə arasında müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rolu qeyd olunub. 

Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Elektrik enerjisi, bərpa olunan enerji, eləcə də neft-qaz üzrə enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Həmçinin Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlərlə bağlı da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO