Beynəlxalq Valyuta Fondunun proqnozları özünü doğrultmur – Azərbaycanlı EKSPERT

Beynəlxalq Valyuta Fondunun proqnozları özünü doğrultmur – Azərbaycanlı EKSPERT

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondunun proqnozları özünü doğrultmur – Azərbaycanlı EKSPERT

98897

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu açıqlayıb. Qurumun verdiyi proqnoza görə, 2022-ci il üzrə Azərbaycanda işsizlik 5,9 faiz, 2023-cü ildə isə 5,8 olacaq. Bu, rəqəm BVF-nin aprel proqnozu ilə eynidir.

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, BVF-nin proqnozu reallığı əks etdirmir:

“Bununla bağlı dəqiq araşdırma metodologiyası yoxdur. Son zamanlar bu mövzuda aparılan tədqiqatlar reallığı əks etdirmir.

Sirr deyil ki, pandemiyanın yaratdığı ən böyük fəsad məhz işsizlik ordusunun artmasıdır. Bu tendensiyanın aradan qaldırılması üçün isə ən azı on illərlə vaxt lazım olacaq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, BVF-nin açıqladığı rəqəm reallığı əks etdirmir. İşsizliyin səviyyəsi BVF-nin verdiyi proqnozdan ən azı 2 dəfə çox olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO