Qadın sahibkarlar ən çox hansı sahəyə meyl göstərirlər? - ARAŞDIRMA

Qadın sahibkarlar ən çox hansı sahəyə meyl göstərirlər? - ARAŞDIRMA

Hazırda oxunan: Qadın sahibkarlar ən çox hansı sahəyə meyl göstərirlər? - ARAŞDIRMA

98842

Azərbaycanda son dövrlər qadın sahibkarların da fəallığı artıb. Onlar iqtisadi sahənin müxtəlif istiqamətlərində biznes fəaliyyəti qurublar. 

Amma xanım sahibkarlar biznesin heç də bütün sahələrinə maraq göstərmir. Bu mənada maraqlıdır, qadın iş adamları əsasən hansı sahələr üzrə ixtisaslaşıblar? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı Akif Nəsirli bildirir ki, qadın sahibkarlarımız əsasən iqtisadiyyatın xidmət sahəsində bizneslə məşğul olmağa üstünlük verirlər:

“Qadınlar ölkəmizdə hökm sürən mental xüsusiyyətlərə uyğun olaraq öz bizneslərini əsasən gözəllik xidmətləri və geyim əşyaları satışını həyata keçirən ticarət sahəsində qurub. Bundan əlavə, iaşə sahəsində də müəyyən qədər xanım sahibkarlara rast gələ bilərik. Yəni kafesi, restoranı olan xanım sahibkarlarımız da var. Otelçilik sektorunda da müəyyən qədər xanım sahibkar fəaliyyət göstərir. Bir sözlə, qadın biznesi ölkəmizdə əsasən xidmət sahəsini əhatə edib”. 

Xanımların bizneslə məşğul olarkən xidmət sahəsinə üstünlük vermələri həmsöhbətimizə görə, mental xüsusiyyətlərdən və bu işi daha çox bacarmalarından irəli gəlir:

“Bunlar elə də güc tələb etməyən, əksinə zövq tələb edən sahələrdir. Xanımlarımız da zövq tələb edən sahələrə kişilərlə müqayisədə daha çox meylli olurlar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO